Logo
    main-post-cover

    7-Eleven məlumat sızmasını təsdiqlədi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin məşhur marketlər şəbəkəsi olan 7-Eleven kibertəhlükəsizlik insidenti ilə gündəmə gəlib. Məlumata görə, şirkətdə baş vermiş məlumat sızması nəticəsində 185 mindən çox şəxsin məlumatları üçüncü tərəflərin əlinə keçib.
    7-Eleven - Red Design Group
        Məlumat sızmasının tərkibinə istifadəçilərin ad və soyadları, doğum tarixləri, yaşayış ünvanları, telefon nömrələri və elektron poçt ünvanları daxildir. ABŞ-nin məlumat sızmalarını izləyən “Have I Been Pwned” xidməti hadisəni təsdiqləyərək bildirib ki, hücum “hack-and-extortion” xarakteri daşıyıb.
        İddialara görə, kiberhücumun məsuliyyətini son illərdə bir çox böyük məlumat sızmalarında adı hallanan ShinyHunters qruplaşması öz üzərinə götürüb. Qrup sızdırılan məlumatların yayımlanacağı ilə hədələyərək qarşı tərəfdən ödəniş tələb edib. Hazırda şirkətin hadisədən təsirlənən şəxslərlə bağlı hansı addımlar atacağı və kompensasiya mexanizmlərinin tətbiq ediləcəyi ilə bağlı əlavə məlumat paylaşılmayıb.
    Paylaş