
760 000 Discord istifadəçisinin məlumatları darknetdə satışa çıxarılıb
Təhlükəsizlik
15.08.2023
Emil
Kimliyi bilinməyən şəxs 760 000 Discord istifadəçisinin məlumatlarını özündə birləşdirən bazanı darknetdəki forumlardan birində satışa çıxarıb. Məlumatda qeyd edilib ki, satışa çıxarılmış məlumatlar bazasında Discord istifadəçilərinin elektron poçt ünvanları, şifrələri və digər məlumatları yer alıblar. Məlumatlar bazasının həqiqəti əks etdirdiyini sübut etmək üçün kimliyi bilinməyən şəxs məlumatlardan bəzilərini nümunə kimi təqdim edib.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər təqdim edilmiş nümunələri analiz edərək təsdiqləyiblər ki, qeyd edilmiş məlumatlar real Discord istifadəçilərinə aiddirlər. Bu isə o demədir ki, satışa çıxarılmış məlumatlar bazası fişinq (phishing), spam və digər kiberhücumlarda istifadə edilə bilər. Discord təmsilçiləri bu məsələyə hələ heç bir fikir bildirməyiblər. Discord istifadəçilərinə öz hesablarının şifrələrini dəyişmək və iki mərhələli autentifikasiya sisteminin aktivləşdirilməsi məsləhət görülür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
