ABŞ anonim telefon nömrələrini ləğv etməyə hazırlaşır
Təhlükəsizlik
17.07.2026
Sevinj
ABŞ Federal Rabitə Komissiyası (FCC) mobil rabitə xidmətlərindən istifadə üçün yeni şəxsiyyət təsdiqi qaydaları təklif edib. Təklif qəbul olunacağı halda ABŞ-də anonim şəkildə əvvəlcədən ödənişli ("prepaid") və ya "burner" telefon nömrəsi almaq demək olar ki, mümkün olmayacaq.
FCC-nin hazırladığı qaydalara əsasən mobil operatorlar, VoIP xidmətləri və digər rabitə provayderləri yeni nömrəni aktivləşdirməzdən və ya xidməti yeniləməzdən əvvəl müştərinin şəxsiyyətini yoxlamalı olacaqlar. Bunun üçün istifadəçinin adı, yaşayış ünvanı, dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin məlumatları, eləcə də əlavə əlaqə nömrəsi tələb ediləcək.
Qurum bu təşəbbüsün əsas məqsədinin saxta zənglər (robocall), telefon dələduzluğu və kibercinayətkarlıqla mübarizə olduğunu bildirir. FCC qeyd edir ki, toplanacaq məlumatlar gələcəkdə fırıldaqçılıq, casusluq və milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərin araşdırılmasına da kömək edə bilər.
Paylaş