Logo
    main-post-cover

    ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!

    Təhlükəsizlik
    05.07.2024
    Farid

         Hadisədən xəbərdar olan mənbələrə görə, OpenAI, bu ilin əvvəlində böyük məlumat pozuntusuna məruz qalıb. Bildirilib ki, hakerlər, OpenAI-nin əməkdaşlarının mesajlarına və forumlarına giriş əldə edib.

         ABŞ-da aşkarlanan məlumata görə, hakerlər, OpenAI-nin GPT kimi modellərinə daxil ola bilməyib. Lakin sızma, şirkət daxilində təhlükəsizlik riskinin olduğunu göstərərək işçiləri təşvişə salıb. New York Times-a danışan mənbələr, qabaqcıl süni intellekt sistemlərinin, Çin kimi ölkələr tərəfindən oğurlana biləcəyini bildirib. Təhlükəsizlik hadisəsi, OpenAI-də mövcud gərginliyi daha da artırıb. Keçmiş proqram meneceri Leopold Aschenbrenner, şirkətin sirlərini qorumaq üçün kifayət qədər iş görmədiyini bildirərək şuraya bir memo yazıb. Aschenbrenner, pozuntunun təfərrüatlarını sızdırdığı üçün şirkətdən qovulub.
         OpenAI daxilindəki bu haker hadisəsi, şirkətin təhlükəsizlik təcrübələrində mübahisələrə səbəb olub. Bəzi işçilərin, rəhbərliyin məlumat oğurluğuna nə qədər ciddi yanaşdığını şübhə altına aldığı deyilir. OpenAI, hətta təhlükəsizliyə kifayət qədər sərmayə qoymamaqda da ittiham olunur. Əlavə olaraq, daha əvvəl direktorlar şurası ilə fikir ayrılığı olan CEO Sam Altman, mühüm adların şirkətdən ayrılmasına mane ola bilməyib və həmçinin süni intellekt etikası kimi mövzularda bəzi sualları da cavabsız qoyub. Oğurlanmış məlumatlara OpenAI-nin ən qabaqcıl modelləri daxil olmasa da, gələcəkdəki süni intellektə yönəlmiş pozuntuların təhlükədə ola biləcəyi düşünülür. OpenAI-dən hadisə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
    Paylaş
    Bənzər xəbərlər
    bu-tetbiqden-istifade-eden-sexslerin-telefon-nomreleri-ogurlanmis-ola-biler
    Təhlükəsizlik

    Bu tətbiqdən istifadə edən şəxslərin telefon nömrələri oğurlanmış ola bilər!

    2 faktorlu autentifikasiya (2FA) tətbiqi Authy-nin inkişaf etdiricisi Twilio, rəsmi açıqlamasında tətbiqdən məlumatların sızdırıldığını təsdiqləyib. Authy developeri, kibercinayətkarın 33 milyon Authy istifadəçisinin telefon nömrələrini ələ keçirdiyini etiraf edib.
    konfidensialliq-ucun-risk-chatgpt-nin-macos-versiyasi-dialoqlari-ozunde-adi-metn-seklinde-saxlayir
    Təhlükəsizlik

    Konfidensiallıq üçün risk: ChatGPT-nin macOS versiyası dialoqları özündə adi mətn şəklində saxlayır

    OpenAI şirkəti bir neçə müddət bundan öncə ChatGPT tətbiqinin macOS versiyasını istifadəyə verdi. Lakin bəzi istifadəçilər sözügedən tətbiqdə konfidensiallıqla bağlı narahatlıq duyduqlarını açıqlayıblar.
    milyonlarla-iphone-tetbiqine-tesir-eden-tehlukesizlik-zeifliyi-askar-edilib
    Təhlükəsizlik

    Milyonlarla iPhone tətbiqinə təsir edən təhlükəsizlik zəifliyi aşkar edilib!

    Yeni araşdırma, böyük və populyar proqramlar da daxil olmaqla, təxminən 3 milyon iOS və macOS tətbiqinə təsir edən zəifliyi aşkar edib.
    bmw-de-calisan-insanabenzer-robot-figure-un-videosu-yayimlanib
    Elm & Texnologiya

    BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!

    Bu yaxınlarda Figure AI-nin insanabənzər robotu Figure 01, avtomobil nəhəngi BMW-də işləməyə başlamışdı. Şirkət, indi robotun nə etdiyinə dair qısa bir video paylaşaraq robotun gələcəyinin qısa xülasəsini göstərib.
    chatgpt-dezinformasiya-vererek-abs-prezident-seckilerini-bir-birine-qarisdirib
    Süni İntellekt

    ChatGPT, dezinformasiya verərək ABŞ prezident seçkilərini bir-birinə qarışdırıb!

    Bu yaxınlarda süni intellekt dünyasının önəmli adlarından biri olan ChatGPT, ABŞ prezidentlik debatlarında 1-2 dəqiqə gecikmə olduğunu bildirərək səs-küyə səbəb olub.