Logo
    ABŞ rabitə qurumu Huawei-yə bağlı çipli 2 cihazı risk siyahısına saldı

    ABŞ rabitə qurumu Huawei-yə bağlı çipli 2 cihazı risk siyahısına saldı

        ABŞ Federal Rabitə Komissiyası qadağan olunmuş şirkətlərin komponentləri işlədilən cihazlarla bağlı yeni qaydaları tətbiq etməyə başlayıb. Qurum “HiVision” çipi qoyulmuş 2 naməlum cihazı milli təhlükəsizlik riski sayılan məhsulların “Covered List” siyahısına əlavə edib. Bu aydan işləyən qaydalar həmin komponentləri seçən başqa istehsalçıların cihazlarını da əhatə edir. Siyahıda “DJI” avadanlıqları da var.
    ABŞ rabitə qurumu Huawei-yə bağlı çipli 2 cihazı risk siyahısına saldı
        “HiVision” “Huawei” şirkətinə bağlı şirkətdir. “Huawei” artıq qadağan olunmuş şirkətlər siyahısındadır. Bu çiplər əsasən ev təhlükəsizlik kameralarında və avtomobil videoqeydiyyatçılarında işlədilir. Komissiya onları “xarici müşahidə çipləri” adlandırır. Səbəb çiplərdə insan üzlərini aşkarlayan daxili alqoritmlərin olmasıdır. Bu funksiya kameraya evin ətrafında insan olduğunu müəyyən etməyə kömək edir.
        Komissiya digər tərəfdən “Intel” şirkətinin çip zavodlarında işlətdiyi robotlara 1 il müddətinə istisna verib. “Intel” xaricdə istehsal olunan bu qabaqcıl robotların ABŞ-də alternativinin olmadığını deyib. Qurum yerli çip istehsalının dayanmasının qarşısını almaq üçün həmin avadanlıqları qadağan olunmuş siyahıya salmayıb.
        İstisna yeni robot modellərini əhatə etmir. Yalnız zavodlarda artıq işləyən modellərin proqram təminatında, daxili proqramında və avadanlığında ediləcək dəyişikliklərə aiddir. “Intel” bu avtomatik idarə olunan nəqliyyat vasitələrini 20 ildir işlətdiyini deyir. Şirkət 1 ildən sonra xarici komponenti olmayan alternativ tapmalı və ya istisnanın uzadılması üçün yenidən müraciət etməlidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...