Logo
    main-post-cover

    ADA Universitetində kibertəhlükəsizlik üzrə maarifləndirici təlim keçirilib

        ADA Universiteti təşəbbüsü və Elektron Təhlükəsizlik Xidməti (ETX) iştirakı ilə tələbələr üçün kibertəhlükəsizlik təlimi təşkil olunub.
        Technote.az xəbər verir ki, təlimdə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları izah olunub. Fərdi məlumatların qorunmasının əhəmiyyəti və mövcud risklər diqqətə çatdırılıb.
        İştirakçılara sosial mühəndislik hücumlarının mahiyyəti barədə məlumat verilib. Bu hücumların üsulları və qorunma yolları praktik nümunələrlə təqdim olunub.
        Eyni zamanda ölkədə müşahidə olunan aktual kibertəhdidlər müzakirə edilib. Rəqəmsal ekspertiza çərçivəsində sübutların toplanması və təhlili prosesi izah olunub.
        Təlim interaktiv formatda keçirilib. İştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
    Paylaş