Logo
    main-post-cover

    Airbus kritik sistemlərini AWS-dən çıxararaq Fransa bulud xidmətinə keçirir

        Avropanın ən böyük aviasiya və kosmik şirkətlərindən biri olan Airbus kritik informasiya sistemlərinin bir hissəsini Amazon Web Services platformasından çıxararaq Fransanın Scaleway bulud xidmətinə köçürmək qərarı verib. Şirkət bununla ən vacib məlumatlarını Avropa qanunvericiliyinin qoruması altında saxlamağı hədəfləyir. Məlumata görə, layihə Airbus-un fəaliyyətini minimum səviyyədə davam etdirməsi üçün zəruri hesab olunan təxminən 900 tətbiqi əhatə edir. İlk mərhələdə hazırda AWS üzərində işləyən 70 tətbiq Scaleway infrastrukturuna köçürüləcək.
    AIRBUS A350 : Private jet rental - AEROAFFAIRES
        Köçürüləcək sistemlərə şirkətin ERP, istehsal, CRM və məhsulun həyat dövrünün idarə edilməsi (PLM) proqramları daxildir. Bu platformalar təyyarələrin layihələndirilməsi, mühəndislik işləri, istehsal prosesləri və korporativ əməliyyatların idarə olunmasında istifadə olunur. Airbus-un rəqəmsal transformasiya üzrə rəhbəri Ketrin Jestin bildirib ki, əsas məqsəd kritik məlumatları xarici ölkələrin ekstraterritorial qanunlarının təsirindən qorumaqdır. Onun sözlərinə görə, Scaleway həm texniki imkanları, həm də hüquqi təminatlar baxımından şirkətin tələblərinə cavab verib və qiymət baxımından da qlobal bulud provayderləri ilə rəqabət apara bilib.
    Paylaş
    Bənzər xəbərlər