AKTA IV Milli Kibertəhlükəsizlik Forumunda 3 memorandum imzalayıb
Təhlükəsizlik
05.06.2026
“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində 3 memorandum imzalayıb. Sənədlər kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Technote.az xəbər verir ki, AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti və “Huawei Technologies” arasında ayrı-ayrılıqda əməkdaşlıq memorandumları imzalanıb. Bununla yanaşı, Ukrayna, Moldova və Gürcüstan tərəfdaşları ilə çoxtərəfli memorandum da rəsmiləşdirilib.
Çoxtərəfli memorandum təcrübə mübadiləsi, birgə layihələr və regional tərəfdaşlığın inkişafını nəzərdə tutur. Sənəd kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...