Alimlər smartfonların yeni hack edilməsi üsulunu aşkar ediblər

Alimlər smartfonların yeni hack edilməsi üsulunu aşkar ediblər

Kibertəhlükəsizlik
19.05.2023 PAYLAŞIM

    Çinli və alman alimlər elektromaqnit siqnallar vasitəsilə sensorlu ekranlar üçün əmrləri imitasiya etməyə imkan verən üsulu aşkar ediblər. Aşkar edilmiş üsul GhostTouch adını əldə edib. GhostTouch vasitəsilə dələduz smartfonu blokdan çıxara və onun daxilində yerləşən çoxlu sayda məlumat ilə faylı əldə edə bilər. Bu üsul vasitəsilə həmçinin smartfona zərərli proqram təminatını da yükləmək mümkündür. Lakin bu üsul bəzi məhdudiyyətlərə sahibdir. Belə ki, GhostTouch üsulundan istifadə üçün nəzərdə tutulmuş təchizat smartfondan maksimum 40 mm məsafədə yerləşməlidir.

    Lakin bu da dələduz üçün böyük bir problem deyil. Belə ki, o, kafe, restoran kimi ictimai yerlərdə lazımi təchizatı sadəcə olaraq stolun alt hissəsinə quraşdıra bilər. Bunu edəndən sonra smartfonu distant şəkildə hack etmək olar. Məlumatda qeyd edilib ki, bu cür hack üsulu vasitəsilə iPhone SE 2020, Galaxy S20 FE 5G, Redmi 8 Nokia 7.2 də daxil olmaqla ən azı 9 smartfon modelini hack etmək olar. Onu da qeyd etmək lazımdır ki, smartfonun bu üsul ilə hack prosesi heç də ideal deyil. Belə ki, istifadəçi öz smartfonunun anidən öz-özünə blokdan çıxdığına diqqət yetirəcək.




DAHA ÇOX


Yüz milyonlarla Android cihaz yeni zərərli proqram təminatı ilə yoluxmuş ola bil..

Öz son hesabatlarında Dr. Web şirkəti Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni zərərli p..


Google öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün xüsusi proqramı ..

Google şirkəti öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün nəzərdə tutulmuş Mobile VRP ..


Android smartfonlarda barmaq izi skanının hack edilməsinin yeni üsulu aşkar edil..

Android smartfonlarda barmaq izi skanı vasitəsilə autentifikasiya üsulu düşünüldüyü kimi o qədər də ..


Çində ChatGPT vasitəsilə fake xəbərlər tərtib edərək onları yayan şəxs həbs edil..

Çinin hüquq-mühafizə orqanları süni zəka əsaslı ChatGPT çat-botu vasitəsilə fake xəbərləri tərtib ed..


OpenAI süni zəka əsaslı dil modellərinin təlimatlandırılmasında istifadəçilərin ..

OpenAI şirkəti artıq müəyyən müddətdir ki, özünün GPT adlı süni zəka əsaslı dil modellərinin təlimat..

×