AMB: Bank hesablarından vəsaitlərin təkrar silinməsi kibermüdaxilə ilə bağlı deyil
Təhlükəsizlik
25.06.2026
Farid
İyunun 24-də “Azərikard” MMC-yə üzv olan bəzi bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi halı qeydə alınıb. Azərbaycan Mərkəzi Bankı insidentin texniki səbəblərdən baş verdiyini açıqlayıb.
Technote.az xəbər verir ki, Mərkəzi Bank hadisənin hər hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı olmadığını bildirib. Qurum bu məsələnin yalnız texniki nasazlıqdan qaynaqlandığını qeyd edib.
Açıqlamaya görə, ölkədə fəaliyyət göstərən ödəniş sistemlərinin, prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemlərinin sabitliyi ilə bağlı problem müşahidə olunmur. Ödəniş infrastrukturunun davamlılığı və etibarlılığı təmin edilir.
Mərkəzi Bank qeyd edib ki, yaranmış texniki nasazlıq artıq aradan qaldırılıb. Bununla bağlı əlavə çətinliyin olmadığı vurğulanıb.
Qurum bank müştərilərini yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etməyə çağırıb. Açıqlamada vətəndaşlara qeyri-rəsmi məlumatlara etibar etməmək tövsiyə olunub.
Paylaş
Bənzər xəbərlər