Logo
    main-post-cover

    Amerikalı hacker təkbaşına Şimali Koreyada interneti kökündən kəsib

        Bu ilin əvvəlində Şimali Koreyanın internetində daimi kəsintilər müşahidə olunurdu. İnternetdə olmuş kəsintilərin pik vaxtı 26 yanvar tarixinə təsadüf edir. Həmin tarixdə Şimali Koreyada ümumiyyətlə internet kökündən kəsilmişdi. Məlum olub ki, bu hadisənin səbəbkarı bir nəfər olub və o, hadisə zamanı ABŞ-da yerləşib. Wired saytının verdiyi məlumata əsasən Şimali Koreyanı kökündən internetsiz qoyan şəxs P4x ləqəbli hacker olub. O öz növbəsində jurnalistlərlə əlaqə yaradıb və yerinə yetirdiyi kiberhücum üzrə sübutları təqdim edib. P4x ləqəbli hacker bildirib ki, o bunu qisas üçün edib. Belə ki, onun özü Şimali Koreyadan olan hackerlər tərəfindən zərər çəkib.
        O, bu məsələ ilə bağlı FBI-ya müraciət etsə də ona köməklik göstərilməyib. Buna görə də hacker özbaşına kiberhücumu reallaşdırmaq qərarına gəlib. P4x Şimali Koreyanın internet sistemlərində çoxlu sayda boşluq aşkar edib və həmin boşluqların sayəsində Şimali Koreyadakı internetin funksionallığını təmin edən serverlər ilə routerlərə DDoS hücum reallaşdırıb. Hacker bildirib ki, o öz kiberhücum üsulunu maksimal dərəcədə avtomatlaşdırıb və Şimali Koreyanın sistemlərini sıradan çıxardan əməliyyatları vaxtaşırı öz kompüterindən işə salıb.
        Onun sözlərinə əsasən kiberhücum zamanı o öz evində olub və “Alien” filmini izləyib. P4x Şimali Koreyanın internet sistemlərində mövcud olan boşluqlar barəsində məlumat verməkdən imtina edib. Lakin o qeyd edib ki, boşluqların sayı çoxdur. Bundan əlavə olaraq o bildirib ki, Şimali Koreyanın Red Star OS adlı əməliyyat sistemini araşdırmağa başlayıb. Bununla da o, gələcəkdə daha çox uğura imza atmaq niyyətindədir. Məlumata əsasən Şimali Koreya əhalisinin yalnız 1%-i internetdən istifadə edə bilir. Buna görə də baş vermiş hadisə çətin ki, əhali arasında panikaya səbəb olub. Çox güman ki, əhalinin böyük hissəsi ümumiyyətlə baş vermiş hadisədən xəbər tutmayıb.
    Paylaş
    Bənzər xəbərlər