Logo
    main-post-cover

    Anthropic “Project Glasswing” təşəbbüsünü təqdim etdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Anthropic şirkəti AI əsaslı kibertəhlükələrə qarşı yeni müdafiə təşəbbüsü olan Project Glasswing layihəsini elan edib. Layihənin məqsədi dünyanın ən kritik proqram təminatlarını süni intellekt vasitəsilə həyata keçirilə biləcək hücumlardan qorumaqdır.
        Təşəbbüs çərçivəsində Amazon Web Services, Apple, Google, Microsoft, NVIDIA, Cisco, CrowdStrike, Palo Alto Networks, Broadcom, JPMorganChase və Linux Foundation daxil olmaqla bir sıra böyük texnologiya və maliyyə təşkilatları əməkdaşlıq edəcək. Şirkətlər Anthropic-in hələ rəsmi təqdim olunmamış Claude Mythos Preview adlı ümumi təyinatlı AI modelindən istifadə edərək öz təhlükəsizlik sistemlərini gücləndirəcəklər.
        Anthropic bildirir ki, bu model artıq minlərlə təhlükəsizlik boşluğunu aşkar edib və həmin boşluqlar demək olar ki, bütün əsas əməliyyat sistemləri və veb-brauzerlərdə mövcud olub. Şirkət süni intellektin potensial zərərli istifadəsinin iqtisadiyyat və milli təhlükəsizlik üçün ciddi risklər yarada biləcəyini vurğulayaraq, AI texnologiyalarının müdafiə məqsədilə tətbiqini prioritet hesab edir.
        Anthropic son dövrlərdə AI etikası və təhlükəsizliyi mövzusunda daha ehtiyatlı mövqe tutan şirkətlərdən biri kimi tanınır. Bu ilin əvvəlində şirkət ABŞ Müdafiə Nazirliyinin istifadəsi üçün xidmətlərindəki təhlükəsizlik məhdudiyyətlərini aradan qaldırmaqdan imtina etmişdi. Bunun ardınca Pentaqon Anthropic-i “təchizat zənciri riski” kimi qiymətləndirmişdi.
       Bununla yanaşı, təhlükəsizlik narahatlıqları tam aradan qalxmayıb. Fevral ayında Anthropic-in Claude modeli vasitəsilə bir hakerin Meksikadakı bir neçə dövlət qurumuna qarşı hücum həyata keçirdiyi barədə məlumatlar yayılmışdı. Buna baxmayaraq, Project Glasswing təşəbbüsü AI dövründə kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
    Paylaş