main-post-cover

    App Store ilə Google Play-də ChatGPT-nın saxta versiyaları ortaya çıxmağa başlayıb

    Təhlükəsizlik
    10.01.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı ChatGPT çat-botu son zamanlarda İT sahənin ön çox müzakirə edilən mövzularından biridir. Bu səbəbdən də bəzi tərtibatçılar bu tendensiyadan istifadə edərək App Store ilə Google Play platformalarına sözügedən çat-bot kimi maskalanan şübhəli tətbiqləri yerləşdirirlər. App Store ilə Google Play-ə yerləşdirilən bu cür şübhəli tətbiqlər əlavə ödəniş müqabilində çat-botun geniş imkanlarındna istifadə etməyi və ona daha çox sorğunun göndərilməsi imkanını təklif edirlər. Qeyd etmək lazımdır ki, ChatGPT əslində tamamilə pulsuzdur və onu yaratmış OpenAI təşkilatı çat-botun smartfonlar üçün nəzərdə tutulmuş heç bir mobil tətbiqini hazırlamayıb.
        App Store ilə Google Play-in bəzi ölkələr üzrə reytinqlərinə ChatGPT Chat GPT AI With GPT-3 adlı tətbiq daxil olub. Bu tətbiq pulsuz şəkildə quraşdırılsa da, istifadəçilərə həftəlik 7.99$ və ya aylıq 49.99$ dəyərində abunəlik təklif edir. Məlumatda qeyd edilib ki, guya bu abunəliklər çərçivəsində çat-botdan istənilən qədər istifadə etmək mümkündür. Əslində isə həmin abunəliklər istifadəçilərə heç bir üstünlük təqdim etmirlər. Baş verən bütün bu halların əsas məğzi, adında ChatGPT olan istənilən mobil tətbiqi işə salmaqdır. Nəticədə bu cür tətbiq axtarış sorğularında ən yuxarı pillələrə yüksələcək. Bəzi tərtibatçılar hətta bir neçə bu cür tətbiqi isitfadəyə verərək ümid edirlər ki, onlardan biri çoxlu yükləmə sayına sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər