Logo
    main-post-cover

    Apple App Store-da böyük təhlükə: 50 nəfər 9.5 milyon dollar itirdi

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın macOS App Store platformasında yayımlanan saxta kriptovalyuta tətbiqi nəticəsində onlarla istifadəçi ümumilikdə 9.5 milyon dollar vəsait itirib. Hadisə kripto təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
    Bogus cryptocurrency apps swindle users out of millions, FBI warns |  CyberScoop
        Məlumata əsasən, dələduzlar məşhur kriptocüzdan idarəetmə proqramı olan Ledger Live tətbiqinin saxta versiyasını hazırlayaraq onu macOS App Store-a yerləşdiriblər. Saxta proqramı yükləyən istifadəçilərdən kriptocüzdanlarını bərpa etmək üçün istifadə olunan seed/recovery phrase, yəni təhlükəsizlik məqsədli 24 sözlük gizli açar tələb olunub. Bu məlumatları daxil edən şəxslərin kripto aktivləri isə bir neçə gün ərzində boşaldılıb.
        Araşdırmalara görə, yalnız 8–11 aprel tarixləri arasında 3 nəfər istifadəçi milyonlarla dollar vəsait itirib. Onlardan biri 3.23 milyon, digəri 2.08 milyon, başqa bir şəxs isə 1.95 milyon dollar zərərə məruz qalıb. Ümumi oğurluq məbləği isə təxminən 9.5 milyon dollar təşkil edib. Blockchain araşdırmaçısı ZachXBT bildirib ki, oğurlanan vəsaitlər Bitcoin, Ethereum, Tron, Solana və Ripple daxil olmaqla müxtəlif kriptovalyutalarda fərqli ünvanlara köçürülüb, daha sonra isə KuCoin platforması üzərindən yuyulmağa çalışılıb. Hadisədən sonra KuCoin məsələ ilə əlaqəli olduğu bildirilən hesabları müvəqqəti olaraq dondurduğunu açıqlayıb. Qeyd edək ki, Apple hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Saxta tətbiq isə artıq App Store-dan silinib.
    Paylaş