Logo
    main-post-cover

    Apple casus proqramlarının hədəfinə çevrilən iPhone istifadəçilərinə xəbərdarlıq göndərib

        Apple casus proqramları vasitəsilə izlənilməyə cəhd edilən istifadəçilərə yeni xəbərdarlıqlar göndərməyə başlayıb. Bu barədə Toronto Universitetinin Citizen Lab rəqəmsal təhlükələrin araşdırılması mərkəzinin baş tədqiqatçısı Con Skott-Reylton məlumat verib.
    Apple warning
        Söhbət adi virus və ya kütləvi kiberhücumlardan deyil. Apple-ın “mercenary spyware” muzdlu casus proqramları adlandırdığı bu texnologiyalar olduqca mürəkkəb müşahidə vasitələridir. Belə sistemlər adətən xüsusi şirkətlər tərəfindən hazırlanaraq dövlət qurumlarına satılır və konkret şəxslərin izlənilməsi üçün istifadə olunur. Ən məşhur nümunələrdən biri İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış Pegasus casus proqramıdır.
        Apple son xəbərdarlıq dalğası ilə birlikdə istifadəçilər üçün bildiriş sistemini də yeniləyib. Şirkət xəbərdarlıq alan şəxslərin nə etməli olduğunu daha aydın göstərməyə başlayıb və bununla bağlı ayrıca dəstək səhifəsi yayımlayıb.
     
    Paylaş