Apple dələduzluq məqsədli tətbiqlər sayəsində milyonlar qazanır

Apple dələduzluq məqsədli tətbiqlər sayəsində milyonlar qazanır

Kibertəhlükəsizlik
14.06.2021 PAYLAŞIM

 

    Apple şirkətinin iOS əməliyyat sisteminin təhlükəsizliyi və App Store platformasındakı yüksək səviyyəli moderasiya haqqında söylədyi çoxlu sayda bəyanatlara baxmayaraq App Store-da çoxlu sayda zərərli proqram təminatı mövcuddur. Məlum olub ki, App Store-da mövcud olan əksər gəlirli tətbiqlər dələduzluq məqsədini güdən tətbiqlərdir. Məlumdur ki, Apple hər bir iOS tətbiqinin daxilində edilmiş alış-verişdən 30% komissiya haqqı götürür. Aydın məsələdir ki, bu komissiya haqqı dələduzların yaratdıqları tətbiqlərə də aid edilir.


    Washington Post-un yeni hesabatına əsasən App Store-da olan 1000-ə yaxın gəlirli tətbiqin 2%-i məhz dələduzlara aiddir və həmin tətbiqlər istifadəçiləri aldatmaqla məşğul olurlar. Təqribi hesablamalara əsasən dələduzlar bu cür tətbiqlər vasitəsilə 48 milyon dollar gəlir əldə ediblər. Bu göstəriciyə həmçinin Apple şirkətinin tələb etdiyi 30% komissiya haqqı da daxildir. Sözügedən statistikanın ortaya çıxmasından sonra Apple mütəxəssislər tərəfindən qeyd edilmiş 18 tətbiqdən 12-ni App Store-dan silib.

    Onlardan bəziləri özlərini VPN servislər kimi maskalayır, digərləri isə smartfonda mövcud olmayan virusların axtarışı ilə məşğul olurdurlar. Bundan əlavə olaraq zərərli proqram təminatları arasında QR kod skanı və tanışlıq servisləri kimi maskalananları da mövcud olub. Bəzi tətbiqlər isə saxta istifadəçi rəylərindən istifadə edərək App Store-dakı reytinqlərini qaldırıblar. Hələ bir neçə müddət bundan öncə Apple bildirmişdi ki, o, təkcə 2020-ci il ərzində 1.5 milyard dollar dəyərində dələduzluq tranzaksiyalarını bloklayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəli..


Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib.


Azercell Telekom MMC-dən xəbərdarlıq!

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən ..


Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus ..

Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri v..


Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-ist..

2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblə..


İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itirib..

Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağl..

×