Apple kompüterlərində idarəni ələ keçirtməyə imkan verən proqram təminatı satışa çıxarılıb
Təhlükəsizlik
03.08.2023
Emil Nəcəfov
Guardz adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Apple şirkətinin kompüterləri üzərində idarəetməni ələ keçirməyə imkan verən proqram təminatının satışa çıxarıldığını aşkar ediblər. Satışa çıxarılmış proqram təminatı vasitəsilə masOS istifadəçisinin konfidensial məlumatlarını və hesablarını oğurlamaq mümkündür. Proqram təminatının həqiqətən də çalışdığına təminat vermək üçün dələduzlar darknetdə onunla bağlı 100 000$ dəyərində girov yerləşdiriblər.
VNC adlı uzaqdan giriş sistemi əsasən texniki dəstək xidmətləri tərəfindən istifadə edilir. Bunun sayəsində müxtəlif servislərin əməkdaşları istifadəçilərin kompüterlərini idarə edə bilirlər. Lakin bunun reallaşdırılması üçün istifadəçilər ilk öncə buna icazə verməlidirlər. Bununla belə proses çərçivəsində istifadəçilər öz kompüterlərində servis əməkdaşlarının nə ilə məşğul olduqlarını izləyə bilirlər. Bu cür sistemin daha gizli versiyası mövcuddur. Söhbət, HVNC-dan (Hidden VNC) gedir.
Bu sistem də kənar operatora istifadəçinin kompüterinə uzaqdan giriş imkanını verir. Lakin HVNC halında istifadəçidən heç bir icazənin əldə edilməsi tələb edilmir. Bu cür sistem darknetdə 60 000$ qiymətində satışa çıxarılıb və ona ömürlük lisenziya təqdim edilir. MacOS istifadəçilərinə bu cür kiberhücumdan qorunmaq üçün öz kompüterlərindəki proqram təminatının mütəmadi şəkildə yeniləmələri məsləhət görülür. Əgər proqram təminatı yenilənməsi imkanı yoxdursa, istifadəçilər şübhəli mənbələrdən tətbiqləri yükləməməlidirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!