main-post-cover

    Apple M1 prosessorunun hardware səviyyəsində boşluq aşkar edilib (VİDEO)

    Təhlükəsizlik
    26.05.2021
    Farid Pardashunas
        Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Hector Martin adlı tədqiqatçı Apple şirkətinin M1 adlı prosessorunda sistem boşluğu aşkar edib. Qeyd etmək lazımdır ki, şirkətin son Mac kompüter modelləri məhz bu prosessor ilə təchiz olunurlar. Beləliklə kibertəhlükəsizlik üzrə mütəxəssis aşkar edib ki, prosessorun konstruksiyasında olan qüsur kompüterdə paralel olaraq iki tətbiqi işə salmağa və həmin tətbiqlər arasında məlumat mübadiləsi aparmağa imkan verir. Sistem idarəsi altında çalışan istənilən iki tətbiq yaddaşdan, fayllardan və əməliyyat sisteminin digər özəlliklərindən istifadə etmədən öz aralarında məlumat mübadiləsini reallaşdıra bilir.
        Aşkar edilmiş boşluq müxtəlif imtiyazlara sahib fərqli istifadəçilərdə işə salınmış proseslər arasında çalışır və məlumatların mübadiləsi üçün gizli kanal yaradır. Boşluq hardware səviyyəsində olduğu üçün onu sistem yenilənməsi vasitəsilə aradan qaldırmaq mümkün deyil. Nəticədə M1 prosessoruna sahib satılmış Mac kompüterlərdə bu boşluq olduğu kimi qalacaq. Mütəxəssis qeyd edib ki, bu prosessorlu Mac kompüterlərinə sahib istifadəçilərin narahat olmalarına hələ ki, heç bir əsas yoxdur. Ən pis halda sözügedən boşluqdan yalnız reklam şirkətləri istifadə edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər