Apple şirkətinin həmtəsisçisi Steve Wozniak, Youtube videoservisini məhkəməyə verdi: Səbəb nədir?
Təhlükəsizlik
23.07.2020
Emil Nəcəfov
1976-cı ildə Steve Jobs ilə birlikdə Apple şirkətini yaratmış Steve Wozniak, Youtube videoservisini məhkəməyə verib. Əsas səbəb isə Youtube-da bitcoin paylanması üzrə olan saxta videolardır. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən Youtube videoservisində olan bu cür videolarda Steve Wozniak-ın fotoları əks olunur. Guya bu şəxs hamıya bitcoin paylayır.
Saxta vdeolarda qeyd olunur ki, istifadəçilər tərəfindən Wozniak-a göndərilən vəsaitlər ikiqat olaraq özlərinə geri qaytarılacaq. Təbii ki, videoda qeyd olunmuş online portmanatlara müəyyən vəsaitlərin göndərilməsindən sonra istifadəçilər geri olaraq heçnə əldə etməyiblər. Wozniak qeyd edib ki, bu cür dələduzlar Elon Musk və Bill Gates kimi məşhur şəxslərin də fotolarından istifadə edirlər.
Bununla yanaşı o bildirib ki, bu cür videoların silinməsi üçün Youtube rəhbərliyinə müraciət edib. Lakin videoservis onun sorularına fikir vermir. Buna görə də Wozniak düşünür ki, Youtube bu cür videolar üçün reklam şəraiti yaratmaqdan əlavə həmçinin onlardan mənfəət də əldə edir. Qeyd etmək lazımdır ki, Wozniak sahib olduğu bitcoin-ləri hələ 2018-ci ildə satıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
TechBrains Baku 2024 – Süni İntellekt və İnnovasiyanın Zirvə Nöqtəsi!