Reklam
Apple və Meta istifadəçi məlumatlarını özlərini hüquq-mühafizə orqanları kimi qələmə vermiş hackerlərə ötürüblər

Apple və Meta istifadəçi məlumatlarını özlərini hüquq-mühafizə orqanları kimi qələmə vermiş hackerlərə ötürüblər

Kibertəhlükəsizlik
01.04.2022 PAYLAŞIM

    Verilmiş məlumata əsasən Apple Meta şirkətləri öz istifadəçilərinin konfidensial məlumatlarını özlərini ABŞ-ın hüquq-mühafizə əməkdaşları kimi qələmə vermiş dələduzlara təqdim ediblər. Bu hadisə 2021-ci ilin ortasında baş verib və onun çərçivəsində şirkətlər dələduzlara istifadəçilərin ünvanlarını, telefon nömrələrini və IP ünvanlarını təqdim ediblər. Bu cür məlumatlar məhkəmə qərarından sonra verilsə də bəzi fövqəladə hallarda istisnalar mövcuddur.

    Dələduzlar isə bu cür imkandan istifadə edərək istifadəçi məlumatlarının tez bir zamanda təqdim edilməsini şirkətlərdən tələb ediblər. Məlumata əsasən Snap şirkətinə də eyni sorğu göndərilib. Lakin Snap şirkətinin istifadəçi məlumatlarını təqdim edib-etməməsi hələ bilinmir. Bəzi məlumatlara əsasən bu hadisə Discord-a da təsir göstərib. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən bəzi mütəxəssislərin fikirlərinə əsasən bu cür hadisənin arxasında ABŞ-dan və ya İngiltərədən olan azyaşlı şəxslər dayanmış ola bilərlər.


Güman olunur ki, saxta sorğuların göndərilməsi üçün dələduzlar bütün dünyadan olan hüquq-mühafizə orqanlarının əsl poçt domenindən istifadə ediblər.

    Məlumata əsasən hüquq-mühafizə orqanı əməkdaşının oğurlanmış istifadəçi hesabını darknet-də əldə etmək çox asandır. Bunun üçün sadəcə olaraq 10-50$ ödəmək lazımdır. Bundan əlavə olaraq polisin və ya digər dövlət departamentinin elektron poçtunu əldə edəndən sonra dələduzlar şirkətlərə göndərilən bu cür sorğuların tərtib olunması üçün istifadə edilən şablonlar ilə tanış ola bilərlər. Mütəxəssislərin verdikləri məlumata əsasən Microsoft Exchange-ə edilmiş kiberhücumun qurbanına çevrilmiş hüquq-mühafizə orqanlarından sonra polislərin elektron poçt hesablarının satışları ilə bağlı vəziyyət daha da pisləşdi.

    Sorğuların qəbul edilməsi yolunda böyük şirkətlərin xüsusi portallara sahib olmalarına baxmayaraq 24/7 rejimində hətta polis domenlərindən gələn adi məktublara da baxılır. Bəzi mütəxəssislər qeyd ediblər ki, bu cür məktubları analiz edən şirkət əməkdaları çox zaman fövqəladə hallar çərçivəsində məlumatların təqdim edilməsi üzrə məsuliyyəti öz üzərlərinə götürürlər. Bu cür vəziyyət həmçinin onunla qəlizləşir ki, Apple və Meta kimi şirkətlər il ərzində onlarla ölkədən məlumatların təqdim edilməsi üzrə 10.000-lərlə məktub əldə edirlər. Bu cür məktubların böyük hissəsinə əməl edilir və məlumatlar hüquq-mühafizə orqanlarına ötürülür. Belə ki, daxil olan məktubların əksəriyyəti fövqəladə halları əhatə edir və nəticədə real insanların təhlükəsizliklərinin təmin edilməsi məsələsi dayanır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google: 'İnternet provayderlər Android və iOS-də casus proqram təminatının yayıl..

Google şirkətinin Google Threat Analysis Group (GTAG) adlı şöbəsinin mütəxəssislərinin aparmış olduq..


Mövcud olan smartfonların 35%-i kiberhücuma məruz qalma təhlükəsi ilə üz-üzədir..

Bitdefender antivirus şirkətinin mütəxəssislərinin təqdim etmiş olduqları yeni hesabatda Android sma..


Bluetooth üzrindən insanı izləməyin yeni üsulu aşkar edilib

Kaliforniya Universitetinin alimləri Bluetooth Low Energy (BLE) interfeysinin unikal siqnalları vasi..


Telegram Almaniyada bəzi istifadəçilərin məlumatlarını güc strukturlarına ötürür..

Güc strukturları təmsilçilərinin sözlərinə əsasən digər cinayət əməllərinin yerinə yetirilməsi halın..


DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub..

DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şi..


Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanı..

Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamç..

×