Avropa Birliyinin yeni qaydaları messencerlərdən mesajların skan olunmasını tələb edəcək

Avropa Birliyinin yeni qaydaları messencerlərdən mesajların skan olunmasını tələb edəcək

Kibertəhlükəsizlik
13.05.2022 PAYLAŞIM

    Avropa Komissiyasının təklif etməyə hazırlaşdığı yeni qaydalara əsasən Whatsapp Facebook Messenger kimi olan messencerlər öz seçimlərinə uyğun olaraq istifadəçilərin mesajlarını skan edəcəklər. Məqsəd isə uşaqlara qarşı seksual zorakılıq (CSAM) və böyüklər tərəfindən azyaşlılara qarşı təcavüz hallarını əhatə edən materialların axtarılıb tapılmasıdır. Sözügedən qanun layihəsi isə öz növbəsində informasiya təhlükəsizliyi mütəxəssisləri və hüquq müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid edilib. Sözügedən qanun layihəsi barəsində məllumatlar bu həftənin əvvəəlində ortaya çıxandan sonra o, bir sıra qruplar və mütəxəssislər tərəfindən tənqid edilib.

    Tənqidçilərdən birinin sözlərinə əsasən bu yeni qanun layihəsini əhatə edən sənəd onun indiyənə kimi görmüş olduğu ən qorxunc şeydir. Bəzi mütəxəssislərin sözlərinə əsasən bu qanun layihəsi istənilən azad demokratiya ilə uyğunlaşmayan ən utancverici qanun layihələrindən biridir. Yeni qanun layihəsi xüsusən servislərin online provaydeləri üçün bəzi öhdəlikləri təqdim edir. Bura həmçinin tətbiqlər üçün nəzərdə tutulmuş mağazalar, hostinq servisləri və şəxsiyyətlərarası ünsiyyəti özündə birləşdirən servislərin provaydeləri də daxildir. Daha sərt normalar məşhur messencerlərə qarşı tətbiq ediləcək. Belə ki, bu və ya digər hökumətin sorğusunu əldə edəndən sonra messencer administrasiyası sorğunu göndərmiş hökumət tərəfindən təyin edilmiş istifadəçilərin mesajlarını skan edəcək.


Skan prosesinin əsas məqsədi isə artıq yuxarıda da qeyd edildiyi kimi uşaqlara qarşı seksual zorakılıq (CSAM) və böyüklər tərəfindən azyaşlılara qarşı təcavüz hallarını əhatə edən materialların axtarılıb tapılmasında olacaq.

    Bu isə öz növbəsində computer vision alətlərinin və foto ilə mətnlərin kontekstlərinin analizi üçün nəzərdə tutulmuş süni zəka sistemlərinin istifadəsini vacib edəcək. Bununla belə sözügedən qanun layihəsinin sənədində hökumət tərəfindən göndəriləcək sorğunun necə target olunacağı (ayrı-ayrı şəxslər, qruplar və ya daha geniş kateqoriyalı istifadəçilər) barəsində məlumat verilməyib. Qanun layihəsini tənqid edən şəxslərin fikirlərinə əsasən bu cür sorğular geniş istifadəçi qruplarının izlənməsində istifadə edilə bilər. Bəzi mütəxəssislərin fikirlərinə əsasən bu qanun layihəsi daha geniş şəkildə ümumiləşdirilmiş izlənməni mümkün edir. Bundan əlavə olaraq qəbul ediləcəyi halda bu qanun mesajların end-to-end şifrələnmələrini mənasız edəcək.

    Qanun layihəsinin sənədində end-to-end şifrələnmə üsulundan istifadənin qadağan olunmadığı qeyd edilsə də, şirkətlər öz sistemlərində CSAM kontentlərin təyin edilməsində yardımçı olacaq proqram təminatlarını istifadə etməlidirlər. Bu isə öz növbəsində end-to-end şifrələməni mümkünsüz edir. Belə ki, Avropa Birliyi qaydalarının dünyanın istənilən nöqtəsində rəqəmsal siyasətə təsir göstərdikləri halda, bu yeni normalar da eynilə bütün dünyada tətbiq ediləcək. Mütəxəssislərin sözlərinə əsasən Avropa Birliyinin reallaşdırmaq istədiyi bu prosesi mesajları kütləvi şəkildə skan etmədən reallaşdırmaq mümkün deyil. Bu layihə əsl qanun səviyyəsində qəbul edilsə, bu, təkcə Avropa Birliyində deyil həmçinin bütün dünyadakı istifadəçilərin konfidensiallıqlarına zərər yetirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub..

DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şi..


Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanı..

Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamç..


iOS-dəki ciddi sistem boşluğu iPhone-nun sönmüş vəziyyətdə olduğu halda da probl..

Almaniyada yerləşən Darmştadt Texniki Universitetinin tədqiqatçıları iOS-də ciddi sistem boşluğu aşk..


KİBERTƏHLÜKƏSİZLİK: Niyə təşkilatlar özləri üçün ən böyük təhlükədirlər?..

Ransomware hücumlarının 2020-ci ildə 123 milyon dollar ziyan vurduğu təxmin edilir


Müxtəlif VPN servislərin ümumilikdə 21 milyon istifadəçisinin konfidensial məlum..

Aşkar edilmiş məlumatlar bazasında 3 məşhur pulsuz VPN servisinin istifadəçilərinin məlumatları var...


Google, Apple, Microsoft şirkətləri bütün əsas platformalarında şifrəsiz giriş i..

Apple, Microsoft və Google şirkətləri gələn il öz platformalarının həm mobil həm də brauzer versiyal..

×