Azərbaycan NCSI reytinqində 31-ci yerə yüksəlib
Təhlükəsizlik
06.05.2026
Farid
Azərbaycan National Cyber Security Index (NCSI) üzrə əhəmiyyətli irəliləyiş əldə edib. Ölkə reytinqdə 52-ci yerdən 31-ci yerə yüksəlib. Azərbaycanın göstəricisi 75.83 baldan 83.33 bala çatıb.
Technote.az xəbər verir ki, Beynəlxalq indeks e-Governance Academy tərəfindən hazırlanır.
Qiymətləndirmə 12 əsas sahə və 49 indikator üzrə aparılıb. Nəticələr kibertəhlükələrə operativ müdaxilə və milli siyasət istiqamətlərində irəliləyişi göstərir.
Hesabatda institusional imkanlar və beynəlxalq əməkdaşlıq sahələrində də inkişaf qeyd olunur. Bu sahələr üzrə göstəricilər ümumi reytinqin yüksəlməsinə təsir edib.
NCSI dünya üzrə 100-dən çox ölkəni əhatə edir. İndeks texniki imkanlarla yanaşı hüquqi çərçivə və idarəetmə səviyyəsini də qiymətləndirir.
Paylaş