Azərbaycan və Çin arasında dezinformasiya və “deepfake”lərlə mübarizədə əməkdaşlıq müzakirə edilib
Təhlükəsizlik
25.04.2026
Farid
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Kiber Məkan Administrasiyasının naziri Çjuan Junvenlə görüşüb.
Technote.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan və Çin arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlığa əsaslanaraq Çin Kiber Məkan Administrasiyasının naziri Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media, eləcə də dezinformasiya və “deepfake”lərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik”, - deyə paylaşımda qeyd edilib.
Paylaş