Azərbaycanda 73 mindən çox klon IMEI kod bloklanıb
Təhlükəsizlik
16.06.2026
Farid
“AzInTelecom” MMC mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Görülən işlər çərçivəsində bu günədək 73 056 kopyalanmış IMEI koda “klon” statusu verilərək blok edilib.
Technote.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində kopyalanmış IMEI kodlarla Azərbaycanın mobil rabitə şəbəkəsinə 1 574 050 dəfə qoşulma cəhdi qeydə alınıb. Həmin cəhdlərin hamısı Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkarlanaraq qarşısı alınıb.
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadəsi üçün IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesi həm onlayn, həm də fiziki formada həyata keçirilə bilir.
IMEI qeydiyyatı mygov portalı vasitəsilə onlayn şəkildə aparılır. Vətəndaşlar qeydiyyat prosesini həmçinin poçt məntəqələrində də həyata keçirə bilərlər.
“AzInTelecom” vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusunda göstərilən IMEI nömrəsini mygov portalında yoxlamağı tövsiyə edir. Şirkət həmçinin alış zamanı etibarlı satış məntəqələrinə üstünlük verilməsini məsləhət görür.
Paylaş
Bənzər xəbərlər