AzInTelecom minlərlə klon IMEI kodunu bloklayıb
Təhlükəsizlik
30.04.2026
“AzInTelecom” MMC mobil cihazlarda surəti köçürülmüş IMEI kodlarla mübarizə tədbirlərini davam etdirir. Məqsəd şəbəkədə qeyri-qanuni istifadənin qarşısını almaqdır.
Technote.az xəbər verir ki, görülən tədbirlər nəticəsində 67 705 IMEI koda “klon” statusu verilərək blok edilib. Bu kodlar son üç ayda 1 612 873 mobil nömrə ilə əlaqələndirilib.
Həmin IMEI kodlarla 1 540 604 dəfə şəbəkəyə qoşulma cəhdi qeydə alınıb. Bu cəhdlərə Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən imtina verilib.
Şirkət mütəmadi monitorinq aparır və şübhəli IMEI kodları araşdırır. Klon olduğu müəyyən edilən kodların istifadəsi məhdudlaşdırılır.
Qaydalara əsasən, xaricdən gətirilən mobil cihazların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. İstifadəçilər kodların orijinallığını mygov portalı üzərindən yoxlaya bilərlər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...