Reklam
Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanılmaz miqyasda ötürür'

Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanılmaz miqyasda ötürür'

Kibertəhlükəsizlik
18.05.2022 PAYLAŞIM

    Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamçılara inanılmaz miqyasda təqdim edir. Belə ki, məlumata əsasən şirkət gün ərzində məlumatların ötürülməsini bir neçə milyard dəfə reallaşdırır. Bu isə digər şirkətlərin məlumat ötürmə göstəricilərindən qat-qat yüksəkdir. Bloomberg bldirib ki, təkcə bu ilin yanvar ayından mart ayının sonuna kimi Google 68 milyard dollar dəyərində gəlir əldə edib və bu gəlirin 54 milyard dolları məhz reklamların payına düşüb. Digər şirkətlər Google-dan istifadəçilərin yerləşdikləri yerlər, vərdişləri, alış-verişləri və onların baxdıqları internet səhifələri və barəsində məlumatları əldə edirlər.

    İrlandiya Vətəndaş Azadlıqları Şurasının məlumatına əsasən il ərzində reklam platformaları reklamçılara istifadəçilərin məlumatlarını 178 trilyon dəfə ötürürlər. Lakin Google şirkəti təkcə Avropa və ABŞ-da istifadəçi məlumatlarını reklamçılara hər gün 70 milyard dəfə ötürür. Bloomberg qeyd edib ki, smartfonda açılmış hər bir tətbiq və ya veb səhifə istifadəçinin diqqətini cəlb etmək yolunda bir növ ticarət platformasına çevrilir. Belə ki, smartfon target edilmiş reklam elanlarının sərgilənməsi üçün istifadəçi barəsində olan məlumatları üçüncü tərəflərə ötürür. Nəticədə qalib reklamçı həmin məlumatların əldə edilməsi imkanı üçün daha çox vəsait ödəyən reklamçı olur.


    Bloomberg-in verdiyi məlumata əsasən Google ABŞ-dan olan istifadəçilərin konfidensial məlumatlarını 5000 təşkilata ötürür. Bununla belə ötürülən məlumatlar istifadəçilərin sahib olduqları mənfi cəhətləri əhatə edən xüsusi qeydləri də özlərində birləşdirirlər. Məsələn istifadəçi qanunla bağlı problemlərə, narahatlıq pozğunluqlarına sahib olduğu və ya zorakılığı dəstəklədiyi halda onun məlumatları bu cür problemləri əhatə edən xüsusi qeydlərlə işarələnir. İstifadəçi məlumatlarının bu cür ticarət edilməsi isə öz növbəsində onların ələ keçirilməsinə və dələduzlara ötürülməsinə şərait yaradır. Jurnalistlər qeyd ediblər ki, smart cihazların məşhurluqları artdıqca bu vəziyyət daha da pisləşəcək. Belə ki, istifadəçi məlumatlarını təkcə smartfonlar deyil, həmçinin smart səsgücləndiricilər və qolbaqlar da ötürürlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-da Android üçün zərərli reklam tətbiqlərinin reklam kampaniyaları aşkar..

McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Facebook-da Android üçün nəzərdə tutulmuş z..


Standart kalkulyator tətbiqi vasitəsilə Windows 7-nin hack edilmə üsulu aşkar ed..

Windows 7-nin rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq sözügedən əməliyyat sistemi hələ də çox m..


5 milyondan çox Twitter istifadəçisinin konfidensial məlumatı hacker forumunda s..

Breached Forums adlı məşhur hacker forumunda 5.4 milyon Twitter istifadəçisinin elektron poçt ünvanl..


CloudMensis adlı virus macOS vasitəsilə çalışan kompüterlərdən konfidensial məlu..

İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ESET şirkətinin mütəxəssisləri CloudMensis a..


İnternetdə Whatsapp-ın Android üçün çoxlu sayda saxta versiyası yayılıb..

Whatsapp-ın rəhbəri Will Cathcart öz Twitter hesabında Android istifadəçilərini saxta Whatsapp versi..


Meta şirkəti silinmiş istifadəçi məlumatlarının əldə edilməsində günahlandırılır..

Facebook-un sosial şəbəkə daxilindəki problemli kontentlərin monitorinqi ilə məşğul olmuş keçmiş əmə..

×