main-post-cover

    Bluetooth texnologiyasında olan boşluq smartfonun yerini yüksək dəqiqliklə təyin etməyə imkan verir

    Təhlükəsizlik
    09.11.2021
    Farid Pardashunas
        San-Dieqodakı Kaliforniya Universitetinin mütəxəssisləri məşhur Bluetooth texnologiyasının maraqlı özəlliyi barəsində hesabat təqdim ediblər. Məlum olub ki, smartfonu hack etmədən Bluetooth vasitəsilə onun yerini yüksək dəqiqliklə təyin etmək mümkündür. Bunun üçün sadəcə olaraq smartfonun individual Bluetooth siqnalını təyin etmək lazımdır. Tədqiqatı aparmış mütəxəssislərin sözlərinə əsasən bu cür izlənmə növünü reallaşdırmağa imkan verən boşluq Bluetooth Low Energy (BLE) texnologiyasından istifadə edən smartfonlarda aşkar edilib.
        Qeyd etmək lazımdır ki, bu tenxologiya smartfon enerjisinə qənaət üçün nəzərdə tutulub. Aşağı ötürmə qabiliyyətinə sahib kanal üzərindən məlumatların ötürülməsi hesabına BLE texnologiyası smartfona daimi şəkildə aktiv Bluetooth ilə çalışmağa imkan verir. Nəticədə smartfon enerjisinin tez bir zamanda bitməsi problemi aradan qalxır. Məlumatda qeyd edilib ki, bu cür naqilsiz ötürücünün siqnalı hər bir smartfon üçün unikaldır. Bu özəllik adətən itmiş smartfonun axtarılması zamanı istifadə olunur. Lakin məlum olub ki, onun vasitəsilə həmçinin smartfon sahibinin yerləşdiyi yeri də təyin etmək mümkündür.
        Məsələn Google Pixel 5-in testi zamanı yerin 100%-lik dəqiqliklə təyin edilməsi mümkün olub. Digər smartfonlarda isə mütəxəssislər 95%-lik dəqiqliklə yerin təyin olunması göstəricisini əldə ediblər. Beləliklə hackerlər və ya dələduzlar adi istifadəçinin nə zaman evdən ayrıldığını və real zaman ərzində harda yerləşdiyini təyin edə bilərlər. Bu boşluğu aradan qaldırmaq üçün sadəcə olaraq Bluetooth-u deaktiv etmək lazımdır. Mütəxəssislərin sözlərinə əsasən çətin ki, istifadəçilərin çoxu bu cür izlənmə üsulu ilə qarşılaşsınlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər