Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

Kibertəhlükəsizlik
18.11.2021 PAYLAŞIM

    NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib. Təəssüflər olsun ki, əvvəlki illərdə olduğu kimi bu ilki reytinqdə də əsas yerləri primitiv şifrələr tutublar. Həmin primitiv şifrələrin hack edilmələri üçün isə 1 saniyə vaxt kifayət edir. Beləliklə reytinqə əsasən bu il ən çox istifadə edilmiş şifrə 123456-dır. Bu cür şifrənin hack edilməsi üçün 1 saniyə vaxt lazımdır. Məlumata əsasən bu şifrədən 103 milyon dəfə istifadə olunub. Reytinqin ilk üçlüyünə həmçinin 123456789 12345 şifrələri daxil olublar.

    Məlumatda qeyd edilib ki, 123456789 şifrəsindən 46 milyon dəfə, 12345 şifrəsindən isə 32.955 milyon dəfə istifadə edilib. Digər məşhur hesab edilən qwerty şifrəsi reytinqin dördüncü pilləsində qərarlaşıb. Tərtib edilmiş reytinqə 200 növ şifrə daxil olub. İlk 100 növ şifrənin hack edilməsi üçün 1 saniyə vaxt lazım olur. Lakin 1g2w3e4r, qwerty123, michele myspace1 kimi şifrələrin hack olunması üçün bir qədər daha çox vaxt (3 saat) lazımdır. Bununla yanaşı NordPass şirkəti bir sıra maraqlı faktı da təqdim edib.


    Məsələn ABŞ-da 222.287 nəfər qadın daha çox iloveyou şifrəsindən istifadə edir. Kişilərdə bu şifrəyə daha az rast gəlinir. Belə ki, bu şifrədən yalnız 96.785 nəfər kişi istifadə edir. Kanadada idman ilə bağlı ən məşhur şifrə Hockey-dir. Bu şifrə 26.055 nəfər kanadalı kişi və 8.324 nəfər kanadalı qadın tərəfindən istifadə edilib. Bundan əlavə olaraq Metallica şifrəsi Slipknot şifrəsini geridə qoyub. Belə ki, Metallica şifrəsindən 88.543 nəfər insan, Slipknot şifrəsindən isə 75.204 nəfər insan istifadə edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Mütəxəssislər Android üçün nəzərdə tutulmuş yeni bank troyanı aşkar ediblər..

Kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni..

×