main-post-cover

    Bütün dünya üzrə milyonlarla router hackerlərin hədəflərinə çevriliblər

    Təhlükəsizlik
    26.07.2020
    Emil Nəcəfov
        Koronavirus pandemiyası bütün dünyada milyonlarla insanın evdən çalışmaq rejiminə keçməsinə səbəb oldu. Lakin evlərdəki şəbəkə təhlükəsizliyi şirkətlərdə olan şəbəkə təhlükəsizliyindən daha aşağı səviyyədədir. Bu isə öz növbəsində istifadəçilərin routerləri uğrunda əsl müharibəyə start vermiş hackerlərin diqqətlərini cəlb edir. Bu barədə 4pda saytı xəbər verib. Trend Miro adlı analitik şirkətin tədqiqatına əsasən hal hazırda düzgün şifrənin tapılması üsulu ilə istifadəçi routerlərinin hack edilməsi hallarının sayı artır.
        2019-cu lin sentyabr ayında bu cür kiberhücumların sayı 23 milyon idisə həmin ilin dekabr ayında göstərici 249 milyona çatmışdı. Bu ilin mart ayına olmuş göstəriciyə əsasən kiberhücumların sayı 194 milyon təşkil etmişdi. Əsas təhlükə mənbəyi kimi evdəki routerlər çıxış edirlər. Belə ki, istifadəçilər onların standart login və şifrələrini adətən dəyişmirlər. Adətən routerin hacker tərəfindən ələ keçirilməsini internet sürətinin azalması ilə aşkar etmək olar. Daha bir təhlükə mənbəyi kimi telnet adlı seanslar çıxış edirlər. Bu seanslar zamanı router digər bir IoT cihaz ilə məlumat mübadiləsi reallaşdıra bilər.
         Bu ona görə baş verir ki, telnet seansının protokolu məlumatın şifrələnməsini dəstəkləmir. Hackerlər isə istifadəçi məlumatlarının yığılması üçün ondan istifadə etməyə üstünlük verirlər. Bu cür kiberhücumun pik vaxtı bu ilin mart ayının ortasında qeydə alınmışdı. Həmin vaxtda 16.000 cihaz 1 həftə ərində digər IoT cihazlarla telnet seansının reallaşdırılmasına çalışırdı. Mütəxəssislər qeyd ediblər ki, zərərli proqram təminatı üzrə qara bazar inkişaf edir. Xüsusi proqram təminatları sayəsində hackerlər istənilən IoT cihazı hack edə bilirlər. Buna görə də Trend Micro mütəxəssisləri evdəki Wi-Fi şəbəkəsinin qorunması üçün sadə məsləhətlər veriblər.
    - Əmin olun ki, güvənli şifrədən istifadə edirsiniz və onu mütəmadi şəkildə dəyişin
    - Routerin ən son sistem yenilənməsinə sahib olduğundan əmin olun
    - Şəbəkə üçün heç bir məna kəsb etməyən əməliyyatların olub-olmaması üzrə cihazlar jurnalını yoxlayın
    - Routerə yalnız lokal şəbəkə üzrə daxil olunmanı reallaşdırın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər