
ChatGPT şirkətlərin gizli korporativ məlumatlarının sızmalarına səbəb ola bilər
Təhlükəsizlik
19.04.2023
Emil
ChatGPT kimi generativ süni zəka sistemlərindən istifadə edən kənar şirkətlər öz müştəriləri barəsində konfidensial məlumatları və kommersiya məqsədli sirlərini risk altına ata bilərlər. İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Team8 adlı şirkəti bu cür xəbərdarlığı edib. Süni zəka əsaslı çat-botlar ilə alətlərin günü-gündən daha geniş şəkildə inteqrasiya edilmələri şirkətlərdə məlumat sızıntılarına səbəb ola bilərlər. Belə bir risk var ki, hackerlər şirkətlərin korporativ məlumatlarını əldə etmək və ya onlara qarşı hansısa əməliyyatı reallaşdırmaq üçün süni zəka əsaslı çat-botlardan istifadə edə bilərlər. Bundan əlavə olaraq çat-botların hal hazırda əldə etdikləri konfidensial məlumatlar gələcəkdə hackerlər tərəfindən də istifadə edilə bilər.
Microsoft və Google kimi böyük texnoloji şirkətlər generativ süni zəka texnologiyalarını öz axtarış sistemlərinə inteqrasiya etməyə tələsirlər. Bu istiqamətdə şirkətlər süni zəka əsaslı böyük dil modellərinin təlimatlandırılmasını reallaşdırırlar və təlimatlandırma prosesi internetdən əldə edilən məlumatlar vasitəsilə aparılır. Lakin əgər bu cür texnologiyalar təlimatlandırılma prosesi çərçivəsində konfidensial və özəl məlumatlardan istifadə etsələr, həmin məlumatları çat-botlardan silmək heç də asan olmayacaq. Məlumatda qeyd edilib ki, hal hazırda çat-botların sorğuları süni zəkanın təlimatlandırılması məqsədilə böyük dil modellərinə ötürülmür. Lakin bir neçə müddət bundan öncə ChatGPT daxilində olmuş nasazlıq səbəbilə istifadəçilər bir-birilərinin sorğularını görə bilmişdilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
