Çin ABŞ mənşəli AI kodlaşdırma alətlərindən uzaqlaşır
Təhlükəsizlik
13.07.2026
Sevinj
Çində proqramçılar üçün süni intellekt əsaslı kod yazma alətlərinə maraq sürətlə yerli platformalara yönəlir. Buna səbəb isə Anthropic şirkətinin Claude Code aləti ilə bağlı Çinin rəsmi kibertəhlükəsizlik qurumunun səsləndirdiyi iddialardır.
Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərən National Vulnerability Database Claude Code-un bir neçə versiyasında təhlükəsizlik baxımından "arxa qapı" (backdoor) funksiyasının olduğunu açıqlayıb. Qurumun iddiasına görə, bu mexanizm istifadəçilərin yerləşmə məlumatlarını və bəzi identifikasiya göstəricilərini onların razılığı olmadan uzaq serverlərə göndərə bilər.
Bu səbəbdən Çin təşkilatlarına həmin versiyaları silmək və ya yenilənmiş versiyalara keçmək tövsiyə olunub. Anthropic proqramda belə bir mexanizmin mövcudluğunu təsdiqləyib. Lakin şirkətin sözlərinə görə, bu funksiya istifadəçiləri izləmək üçün deyil, süni intellekt modellərinin qanunsuz şəkildə kopyalanmasınıт qarşısını almaq məqsədilə hazırlanmış eksperimental təhlükəsizlik tədbiri olub.
Paylaş