Çində ChatGPT vasitəsilə fake xəbərlər tərtib edərək onları yayan şəxs həbs edilib

Çində ChatGPT vasitəsilə fake xəbərlər tərtib edərək onları yayan şəxs həbs edilib

Kibertəhlükəsizlik
10.05.2023 PAYLAŞIM

    Çinin hüquq-mühafizə orqanları süni zəka əsaslı ChatGPT çat-botu vasitəsilə fake xəbərləri tərtib edərək onları sosial şəbəkələrdə yaymış şəxsi yaxalayıblar. Bu, Çində süni zəka əsaslı çat-botdan istifadə ilə bağlı ilk həbsetmə hadisəsidir. Hong soyadına sahib şəxs fake xəbərlərin tərtib edilməsi və onların sosial şəbəkələrdə yayılmasında süni zəka sistemindən istifadədə şübhəli bilinir. Çinin yerli polis xidməti 25 aprel tarixində baş vermiş qatar qəzasında 9 nəfər şəxsin öz həyatını itirdiyi xəbərinə diqqət yetirib. Əslində isə bu cür hadisə ümumiyyətlə baş verməyib.

    Hong soyadına sahib şəxs Baijiahao adlı sosial şəbəkədə bu xəbəri 20 ədəd hesabı vasitəsilə yayıb. Nəticədə 15 000 nəfər istifadəçi bu xəbərə diqqət yetirib. Hong, süni zəka tərəfindən tərtib edilməsi ilə bağlı xüsusi qeydə sahib olmayan fake xəbərin yayılmasında günahlandırılır. İndi isə ona 5 il azadlıqdan məhrum edilmə cəzası təyin edilə bilər. Hələ fevral ayında Çinin nizamlayıcı orqanları böyük şirkətlərə ictimaiyyətə ChatGPT-dən istifadə imkanlarının təqdim edilməsini qadağan etmişdi. Bundan əlavə olaraq yerli texnoloji şirkətlər ChatGPT-yə bənzər məhsulların hazırlanmasını və istifadəyə verilməsini dövlət ilə razılaşdırmalıdırlar.




DAHA ÇOX


Yüz milyonlarla Android cihaz yeni zərərli proqram təminatı ilə yoluxmuş ola bil..

Öz son hesabatlarında Dr. Web şirkəti Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni zərərli p..


Google öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün xüsusi proqramı ..

Google şirkəti öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün nəzərdə tutulmuş Mobile VRP ..


Android smartfonlarda barmaq izi skanının hack edilməsinin yeni üsulu aşkar edil..

Android smartfonlarda barmaq izi skanı vasitəsilə autentifikasiya üsulu düşünüldüyü kimi o qədər də ..


Alimlər smartfonların yeni hack edilməsi üsulunu aşkar ediblər

Çinli və alman alimlər elektromaqnit siqnallar vasitəsilə sensorlu ekranlar üçün əmrləri imitasiya e..


OpenAI süni zəka əsaslı dil modellərinin təlimatlandırılmasında istifadəçilərin ..

OpenAI şirkəti artıq müəyyən müddətdir ki, özünün GPT adlı süni zəka əsaslı dil modellərinin təlimat..

×