Cloud9 adlı botnet Chrome brauzerini əlavələr (extensions) vasitəsilə uzaqdan idarə edir

Cloud9 adlı botnet Chrome brauzerini əlavələr (extensions) vasitəsilə uzaqdan idarə edir

Kibertəhlükəsizlik
10.11.2022 PAYLAŞIM

    İnternetdə Cloud9 adlı yeni botnet ortaya çıxıb. Ortaya çıxmış bu botnet Chrome brauzeri üçün nəzərdə tutulub. Sözügedən botnetin operatorları zərərli əlavələrdən (extensions) istifadə edərək istifadəçi hesablarını oğurlayır, kliklənən klaviatura düymələrini təyin edir, veb səhifələrdə reklam elanlarını sərgiləyir, JavaScript kodlarını kompüter sisteminə inteqrasiya edir və DDoS hücumlar reallaşdırırlar. Cloud9 botneti faktiki olaraq troyandır (trojan) və o, Chromium mühərriki əsasında çalışan brauzerləri hackerlər üçün əlçatan edir.


    Bu cür brauzerlərə misal olaraq Chrome və Microsoft Edge-i gətirmək olar. Yaxşı xəbər ondan ibarətdir ki, bu botnet Chrome üçün nəzərdə tutulmuş rəsmi əlavələr mağazası üzərindən yayılmır. Lakin o, şübhəli kənar resurslar vasitəsilə yayıla bilir. Buna misal olaraq saxta Adobe Flash Player yenilənməsini təqdim edən saytları gətirmək olar. Görünür, botnet bu cür üsul ilə çox yaxşı şəkildə yayılır. Belə ki, Zimperium şirkətinin mütəxəssisləri Cloud9-u bütün dünyadan olan cihazlarda aşkar ediblər. Cloud9 həmçinin veb səhifələrə reklam elanlarını inteqrasiya edə bilir. Bunun sayəsində o, reklam baxışlarını generasiya edərək öz operatorlarına əlavə gəlir mənbəyini təmin edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Android üçün yeni ciddi təhlükəni aşkar edib

Google şirkəti APVI adlı təşəbbüs çərçivəsində Samsung, LG, MediaTek və digər şirkətlərin cihazların..


5 milyondan çox Twitter istifadəçisinin məlumatları hacker forumunda satışa çıxa..

Hacker forumlarından birində internet istifadəçilərinin özəl məlumatlarını özündə birləşdirən növbət..


Minlərlə Xiaomi, Samsung, Google və OPPO smartfonları ciddi sistem boşluğuna sah..

İnformasiya təhlükəsizliyindən cavabdeh olan Google Project Zero komandası Google, Samsung, Xiaomi v..


Whatsapp istifadəçilərinin 400 milyondan çox nömrəsi hackerlər tərəfindən satışa..

Cybernews saytının verdiyi məlumata əsasən Whatsapp-dakı hesablara bağlı olan aktual nömrələrin daxi..


Google Play-də Android cihazlar arasında Sharkbot adlı bank troyanını yayan yeni..

Google Play-də yeni zərərli Android tətbiqlər aşkar edilib. Bu dəfə aşkar edilmiş zərərli tətbiqlər ..


iPhone-nun konfidensial olması mifdir: Apple hər bir istifadəçisinin kimliyini t..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər olan Tommy Mysk və Talal Haj Bakry bir neçə müddət bundan öncə..

×