Logo
    main-post-cover

    DeepSeek-in mobil tətbiqində ciddi təhlükəsizlik boşluqları aşkar edilib

    Təhlükəsizlik
    07.02.2025
    Emil
         Çin şirkəti DeepSeek-in çat-bot ətrafındakı qalmaqallar səngimək bilmir. İstifadəçi məlumatlarının sızmasından sonra NowSecure şirkətinin mobil təhlükəsizlik üzrə mütəxəssisləri iPhone üçün tətbiq versiyasında bir çox təhlükəli boşluqlar aşkar ediblər. Mütəxəssislər diqqət ediblər ki, DeepSeek-in iOS versiyasının tərtibatçıları Apple-ın App Transport Security (ATS) adlı təhlükəsizlik sistemindən istifadə etməkdən imtina ediblər.
         Bu funksiya istifadəçilərin məxfi şəxsi məlumatlarının yalnız şifrələnmiş kanallar vasitəsilə ötürülməsini təmin edir. NowSecure əməkdaşları bildirirlər ki, DeepSeek tərəfindən şifrələnmədən göndərilən məlumatlar ilk baxışda zərərsiz görünə bilər, lakin onların birləşdirilməsi istifadəçilərin şəxsiyyətini aşkar etməyə imkan yaradır.
         Hesabatda həmçinin qeyd olunur ki, bəzi məlumatlar şifrələnir, lakin bunun üçün artıq köhnəlmiş və uzun müddət əvvəl qırılmış 3DES metodu istifadə olunur. Buna görə də onu təhlükəsiz adlandırmaq mümkün deyil. Mütəxəssislərin sözlərinə görə, toplanmış məlumatlar potensial casusluq hədəflərini müəyyən etmək üçün istifadə oluna bilər. NowSecure mütəxəssisləri bildirirlər ki, DeepSeek tətbiqi istifadə üçün təhlükəsiz deyil. Üstəlik, Android versiyası daha da zəif qorunur.
    Mənbə: Nowsecure
    Paylaş
    Bənzər xəbərlər
    cenubi-koreyanin-dovlet-qurumlari-deepseek-e-girisi-bloklayiblar
    Proqram Təminatı

    Cənubi Koreyanın dövlət qurumları DeepSeek-ə girişi bloklayıblar

    Çin şirkəti DeepSeek-in dil modellərinə artan maraq təkcə fərdi istifadəçilərlə məhdudlaşmır, lakin məsələ dövlət sektoru olduqda, bu texnologiya milli təhlükəsizliyə risk yarada bilər. Çin və Cənubi Koreya arasındakı münasibətlərin gərginliyini nəzərə alaraq, Cənubi Koreya rəsmiləri dövlət qurumlarının DeepSeek-ə girişini məhdudlaşdırmağa başlayıblar.
    avstraliyanin-dovlet-qurumlarinda-deepseek-den-istifade-qadagan-edilib
    Proqram Təminatı

    Avstraliyanın dövlət qurumlarında DeepSeek-dən istifadə qadağan edilib

    Avstraliya Tayvandan sonra Çin şirkəti DeepSeek tərəfindən hazırlanmış süni zəka xidmətlərinin bütün dövlət sistemlərində və qurumlarına məxsus cihazlarda istifadəsini qadağan edib.
    deepseek-1-hefte-erzinde-dunyanin-en-meshur-cat-botu-olub
    Proqram Təminatı

    DeepSeek 1 həftə ərzində dünyanın ən məşhur çat-botu olub

    Çinin DeepSeek şirkəti süni zəka bazarında sürətlə mövqeyini gücləndirərək dünyada ikinci ən populyar çat-bot olub. Bir həftə ərzində platformanın trafiki 614% artaraq Gemini və Character AI-ni geridə qoyub və onun gündəlik aktiv istifadəçi kütləsi 49 milyona çatıb.
    deepseek-in-cat-botu-butun-dunyada-yuklenme-sayina-gore-birinci-yerdedir
    Proqram Təminatı

    DeepSeek-in çat-botu bütün dünyada yüklənmə sayına görə birinci yerdədir

    Çin startapı DeepSeek-in süni zəka əsaslı çat-botu 140 ölkədə ən çox yüklənən mobil tətbiqlər siyahısında birinci yerə yüksəlib. Bloomberg-in məlumatına əsasən, sözügedən çat-botun ən yüksək yeni istifadəçi faizi Hindistana aiddir
    deepseek-tayvanin-dovlet-qurumlarinda-qadagan-edilib
    Proqram Təminatı

    DeepSeek Tayvanın dövlət qurumlarında qadağan edilib

    Tayvan, Çinin DeepSeek adlı süni zəkasının istifadəsini qadağan edən daha bir ölkə oldu. Qadağa hökumət qurumlarına və əsas infrastruktur obyektlərinə şamil edilir.