
Dələduzlar artıq Threads-də fəaliyyətə başlayıblar
Təhlükəsizlik
11.07.2023
Emil
Meta şirkəti Twitter analoqu Threads-i istifadəyə verəndən bir neçə gün sonra kriptovalyuta dələduzları ora üz tutublar. Blockchain mütəxəssisləri istifadəçiləri xəbərdarlıq ediblər ki, dələduzlar Twitter-in hesabları təsdiqləmə sistemi vasitəsilə qorunan saxta hesabları Threads-də yaratmağa başlayıblar. Bu cür saxta hesablar adi istifadəçilər ilə yanaşı təşkilatlar tərəfindən də idarə oluna bilirlər. Həmin saxta hesablar heç nədən xəbərsiz istifadəçiləri öz dələduzluq sxemlərində istifadə edə bilərlər. Twitter-də 78 600 abunəçi sayına sahib Wombex Finance adlı platforma bildirib ki, dələduzlar Threads-də artıq onun saxta hesabını yaradıblar.
Platforma bildirib ki, onun Threads-dəki hesabı ilə heç bir əlaqəsi yoxdur. Saxta hesabın isə kimə məxsus olduğu aydın deyil. Kriptovalyuta dələduzları istifadəçiləri aldadaraq onların vəsaitlərini oğurlamaq üçün Twitter, Instagram, Telegram və LinkedIn kimi platformalara nəzər yetirirlər. Qısa müddət ərzində öz istifadəçi kütləsini genişləndirə bilmiş Threads-in istifadəyə verilməsi isə dələduzların ona diqqət yetirmələrinə səbəb olub. Threads istifadəçilərinə platforma daxilində onların kimlərlə ünsiyyət qurduqları və kimləri izlədikləri məsələsində diqqətli olmaq məsləhət görülüb. Bununla yanaşı onlar kriptovalyutalarla bağlı şübhəli müqavilələrdə və konkuirslarda iştirak etməməlidirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
