Dələduzlar Google Ads reklam kampaniyası vasitəsilə 500.000$ dəyərində kriptovalyuta oğurlayıblar

Dələduzlar Google Ads reklam kampaniyası vasitəsilə 500.000$ dəyərində kriptovalyuta oğurlayıblar

Kibertəhlükəsizlik
05.11.2021 PAYLAŞIM

    Keçən həftənin sonunda dələduzlardan ibarət bilinməyən qrup istifadəçilərdən 500.000$ dəyərində kriptovalyuta oğurlayıb. Check Point Research şirkətinin sözlərinə əsasən dələduzlar Google Ads reklam kampaniyasını işə salıblar və həmin reklam elanları istifadəçiləri məşhur Phantom App MetaMask kriptovalyuta portmanatlarının əsl saytlarını kopyalamış saxta saytlara yönləndiriblər. Saxta saytların xarici görünüşcə əsl saytlara bənzəmələrindən əlavə olaraq saxta versiyaların URL ünvanları da oxşar olublar. Məsələn phantom.app ünvanlı sayt üçün phantonn.app ünvanlı saxta sayt yaradılıb.

    İstifadəçi bu cür saxta sayta daxil olandan sonra öz istifadəçi hesabına keçid etməyə çalışır. Dələduzlar isə bu anda istifadəçi hesabının məlumatlarını oğurlayırlar. İstifadəçi yeni kriptovalyuta portmanatı yaratmaq istədikdə ona kriptovalyuta portmanatının bərpası üçün nəzərdə tutulmuş gizli söz təqdim edilir. Həmin gizli sözü saxta saytda qeyd etməklə istifadəçi dələduzun istifadəçi hesabına giriş etmiş olur. Nəticədə həmin istifadəçi hesabının portmanatına göndərilmiş istənilən vəsait dələduzun əlinə keçir.


    Phantom ilə MetaMask Solana Ethereum kriptovalyutaları üçün nəzərdə tutulmuş ən məşhur portmanatlar sırasındadırlar. Reddit forumu sayəsində təyin etmək olub ki, keçən həftənin sonunda dələduzlar Google Ads reklam kampaniyası sayəsində 500.000$ vəsait oğurlayıblar. Mütəxəssislər belə bir qənaətə gəliblər ki, dələduzlar artıq Google-dakı axtarış reklamlarına üstünlük verirlər və bu üsul özünü effektiv şəkildə göstərir. Bu məsələdə dələduzlar tərəfindən aldadılmamaq üçün istifadəçilər öz portmanat resurslarının ünvanlarını doğru şəkildə bilməlidirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.

×