main-post-cover

    Dələduzlar online iş müsahibələrindən keçmək üçün deepfake texnologiyalardan istifadə etməyə başlayıblar

    Təhlükəsizlik
    07.07.2022
    Farid Pardashunas
        Deepfake texnologiyalar süni zəka sistemlərindən istifadə edərək saxta personajların yaradılmasına imkan verirlər. Bu cür texnologiyaların köməkliyi ilə istənilən insanın videosunu və ya səsini modelləşdirmək olar. FBI-n verdiyi məlumata əsasən isə son zamanlarda dələduzlar uzaqdan işləmək üçün nəzərdə tutulmuş online mesahibələrdən bu cür texnologiyalar vasitəsilə keçməyə üstünlük veriblər. FBI-ya tabe olan internet cinayətləri üzrə şikayət mərkəzinin bir neçə müddət bundan öncə təqdim etmiş olduğu xəbərdarlıqda qeyd edilmişdi ki, uzaqdan işləmək üçün nəzərdə tutulmuş online müsahibələr və açıq vakansiyalara sorğuların göndərilməsi zamanı özəl məlumatların oğurlanması yolunda deepfake texnologiyalardan istifadə halları artıb.

    Deepfake texnologiyaların nisbətən zərərsiz əməllərdə və işəgötürənlərin aldadılmasında istifadələrindən əlavə olaraq dələduzlar bu cür texnologiyalardan istifadə edərək digər dələduzları bu və ya digər şirkət ilə təşkilata daxil edə və bu üsulla həmin şirkətin və ya təşkilatın konfidensial məlumatlarını əldə edə bilərlər.

        Sözügedən texnologiyalar çox qısa müddət ərzində sürətlə inkişaf etdilər. Lakin diqqətli şəxslər yenə də deepfake kontenti realdan fərqləndirməyi bacarırlar. FBI-n verdiyi məlumatda qeyd edilib ki, dələduzlar deepfake texnologiyalardan istifadə edərək informasiya texnologiyaları proqramlaşdırma ilə bağlı olan iş vəzifələrinə düzəlməyə çalışıblar. Əsas cəhdlər proqram təminatı sahəsini əhatə etmiş iş vakansiyaları ilə bağlı olub. Bu cür vəzifələrdən bəziləri bu və ya digər biznesin sahib olduğu müştərilərinin, maliyyə və qara bazarda yüksək qiymətləndirilən digər konfidensial məlumatları əldə edə bilirlər. ABŞ-da artıq bu cür hallar tez-tez yaşanır və həmin hallarla qarşılaşmış şirkətlərə FBI ilə əlaqə saxlamaq məsləhət görülür. Heç istisna deyil ki, Avropada da bu cür hallara rat gəlinəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər