main-post-cover

    Dələduzlar pulların yuyulmasında NFT-lərdən daha çox istifadə etməyə başlayıblar

    Təhlükəsizlik
    02.02.2022
    Farid Pardashunas
        NFT-lərin alışı və satışları üzərindən pulların yuyulması praktikası cinayət fəaliyyətinin hələ böyük olmasa da, sürətlə genişlənən sahəsidir. Bu barədə məlumat Chainalysis şirkətinin hesabatında qeyd edilib. Analitiklər NFT-lərin ticarəti üçün nəzərdə tutulmuş platformalarda sürətlə böyüyən şübhəli aktivliyi aşkar ediblər. Həmin aktivlik qanunsuz yolla əldə edilmiş aktivlərin leqallaşdırılması ilə bağlı ola bilər. Tədqiqatçılar daha öncə dələduzluq, zərərli proqram təminatı və digər qanunsuz fəaliyyət növləri ilə əlaqəli olmuş kriptovalyuta portmanatlarından NFT-lərlə əlaqəli ticarət platformalarına yönəlmiş tranzaksiyaların izlənmələri üsulu vasitəsilə yuyulmuş pulların ümumi miqdarını təyin ediblər. Təyin edilmiş məbləğ o qədər də böyük olmayıb. Söhbət, 1.4 mlyon dollardan gedir.
        Sözügedən məbləğdə vəsait 2021-ci ilin dördüncü rübündə yuyulub. Lakin bu məbləğ bu ilin əvvəlindən bir xeyli böyüyüb. “Bütün bu fəaliyyət 2021-ci il ərzində kriptovalyutalar vasitəsilə yuyulmuş 8.6 milyard dollar vəsait ilə müqayisədə dənizdə olan kiçik damcıya bənzəyir. Bununla belə pulların yuyulması və sanksiyalar altında olan kriptovalyuta şirkətləri tərəfindən edilən köçürmələr NFT-yə olan etibarın gücləndirilməsinə qarşı böyük risk mənbəyidirlər. Bu cür proseslər ticarət platformaları, nizamlayıcı və hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə izlənməlidirlər” - deyə mütəxəssislər qeyd ediblər. Chainalysis şirkətinin hesabatı NFT-lərin fiktiv ticarətlərinin artdığını da göstərir. Fiktiv ticarətlər çərçivəsində tokenlərin sahibləri kənar kriptovalyuta portmanatlarından istifadə edərək həmin tokenləri özləri özlərindən alırlar.
        Bu üsul ilə onlar sahib oluqları tokenlərin hansısa dəyəri daşıdıqlarının illüziyasını yaradırlar. Daha öncə bu problem kriptovalyuta birjalarında müşahidə edilirdi. İndi isə bu problem NFT ticarəti üzrə platformalarda da müşahidə edilir. Məlumatda qeyd edilib ki, fiktiv ticarət ilə məşğul olan ən aktiv istifadəçi 830 fiktiv tranzaksiya reallaşdırıb. NFT-lərin fiktiv ticarətləri ilə məşğul olmuş bu cür şəxslərin  əldə etdikləri ümumi məbləğ isə 8.9 milyon dollar təşkil edir. Tokenlərin fiktiv ticarətləri həmçinin sözügedən bazar barəsində yalnış fikirlərin formalaşmasına da səbəb olur. Keçən həftə NFT LooksRare adlı platforma aparılmış ticarətlərin həcmləri üzrə OpenSea adlı platformanı geridə qoydu. Lakin analitiklər aşkar etdilər ki, ümumi 8 milyard dollar dəyərində olan müqavilələr tokenləri özləri-özlərinə satan istifadəçilər arasında reallaşdırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər