Dövlət qurumlarına 183 yeni subdomen verilib
Təhlükəsizlik
08.06.2026
Farid
Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 21 yeni domen verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Technote.az xəbər verir ki, hesabat dövründə dövlət qurumlarına 183 yeni subdomen təqdim olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 78% çoxdur.
Açıqlanan məlumatlara görə, cari ilin ilk 5 ayında subdomenlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Bu müddətdə dövlət qurumlarının istifadəsinə ümumilikdə 183 subdomen ayrılıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen əldə edib. Bu göstəricilər dövlət informasiya resurslarının genişlənməsini əks etdirir.
Paylaş