Logo
    main-post-cover

    Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 49% azalıb

        Bu ilin yanvar-may aylarında Azərbaycandakı dövlət qurumlarının 352 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.
        Technote.az xəbər verir ki, təkcə may ayında dövlət qurumlarına məxsus 49 informasiya resursunda təhlükəsizlik boşluğu müəyyən edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 6 dəfə azalma deməkdir.
        Açıqlanan məlumatlara əsasən, cari ilin ilk 5 ayında aşkarlanan boşluqların sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli şəkildə aşağı düşüb. Bu dövrdə ümumilikdə 352 informasiya resursu üzrə təhlükəsizlik problemləri qeydə alınıb.
        Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Həmin göstərici 2024-cü illə müqayisədə 47,5% çox olmuşdu.
    Paylaş