Logo
    main-post-cover

    DTX 160 milli kibertəhlükəsizlik mərkəzi ilə əməkdaşlıq edir

        Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi xidmət orqanları ilə geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi mövcuddur. Hazırda qurumun dünyanın 160 milli kibertəhlükəsizlik mərkəzi ilə əlaqə nöqtəsi fəaliyyət göstərir.
        Technote.az xəbər verir ki, bunu DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib. Onun sözlərinə görə, Budapeşt Konvensiyası çərçivəsində qurumun 24/7 əlaqə kanalı fəaliyyət göstərir.
        Davud Rüstəmov qeyd edib ki, bu mexanizm vasitəsilə kibercinayətkarlıqla mübarizə və araşdırmalar həyata keçirilir. Beynəlxalq əməkdaşlıq kibertəhdidlərə qarşı mübarizədə mühüm rol oynayır.
        Mərkəz rəisi bildirib ki, BMT-nin yeni qəbul olunmuş Kibercinayətkarlığa qarşı Konvensiyası üzrə də işlər davam etdirilir. O vurğulayıb ki, Azərbaycan bu sənədi ratifikasiya edən ilk ölkə olub.
        DTX-də artıq Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb. Yeni strukturun əsas hədəflərindən biri APT kimi ciddi kibertəhdidlərə qarşı mübarizədə daha effektiv nəticələr əldə etməkdir.
     
    Paylaş