Reklam
DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub

DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub

Kibertəhlükəsizlik
26.05.2022 PAYLAŞIM

    DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şirkətinə ötürdüyü və onun trekerlərini bloklamadığı məlum olub. Qeyd etmək lazımdır ki, sözügedən brauzer istifadəçilərin konfidensiallıqlarına yüksək dərəcədə önəm verən təhlükəsiz və qorunan məhsul kimi bilinir. Brauzerin istifadəçi məlumatlarını Microsoft-a ötürməsi halını informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçı Zach Edwards aşkar edib. DuckDuckGo brauzeri eyniadlı axtarış sisteminin tərtibatçıları tərəfindən yaradılıb.

    Tərtibatçılar bu brauzeri istifadəçi məlumatlarını yığmayan konfidensial məhsul kimi qələmə verirlər. “Tracker Radar funksiyası DuckDuckGo brauzerindən istifadə zamanı veb saytlarda olan kənar gizli trekerləri bloklayır. Nəticədə həmin trekerlərin sahibləri olan şirkətlər sizin məlumatlarınızı yığa və üçüncü tərəflərə sata bilmirlər” - deyə brauzerin iOS versiyasının təsvirində qeyd edilib. Əslində isə məlum olub ki, sözügedən brauzer Microsoft-un bing.comlinkedin.com domenləri ilə bağlı olan bəzi trekerlərini bloklamır. Bununla belə brauzer Google Facebook-un trekerlərini bloklamağa davam edir.


    Zach Edwards öz Twitter hesabında bu barədə məlumat yerləşdirib və qeyd edib ki, brauzerin konfidensiallıq funksiyası düzgün şəkildə çalışmır. Bu cür məlumat istifadəçilərin diqqətlərini cəlb edib və nəticədə DuckDuckGo-nun təsisçisi olan Gabriel Weinberg bu məsələyə aydınlıq gətirib. O qeyd edib ki, brauzer əslində normal şəkildə çalışır və Microsoft trekerlərinin bloklanmamasının səbəbi ondadır ki, DuckDuckGo-nun bu şirkətlə əməkdaşlıq müqaviləsi mövcuddur. Bu əməkdaşlıq çərçivəsində Microsoft sözügedən brauzerin istifadəçilərinin məlumatlarını yığmaq üçün DuckDuckGo-ya ödəniş edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsrail kiberhücumlardan qorunmaq üçün 'Kiber Qübbə' adlı rəqəmsal təhlükəsizlik ..

Bir neçə gün bundan öncə İsrail Milli Kiber İdarəsinin yeni rəhbəri Gaby Portnoy bildirmişdi ki, İsr..


Reallaşdırılmış kiberhücum nəticəsində AMD şirkətinin 450 GB həcmində məlumatlar..

AMD şirkəti kiberhücumun qurbanına çevrilib. RansomHouse adlı nisbətən yeni hacker qruplaşması bildi..


Google: 'İnternet provayderlər Android və iOS-də casus proqram təminatının yayıl..

Google şirkətinin Google Threat Analysis Group (GTAG) adlı şöbəsinin mütəxəssislərinin aparmış olduq..


Mövcud olan smartfonların 35%-i kiberhücuma məruz qalma təhlükəsi ilə üz-üzədir..

Bitdefender antivirus şirkətinin mütəxəssislərinin təqdim etmiş olduqları yeni hesabatda Android sma..


Bluetooth üzrindən insanı izləməyin yeni üsulu aşkar edilib

Kaliforniya Universitetinin alimləri Bluetooth Low Energy (BLE) interfeysinin unikal siqnalları vasi..


Telegram Almaniyada bəzi istifadəçilərin məlumatlarını güc strukturlarına ötürür..

Güc strukturları təmsilçilərinin sözlərinə əsasən digər cinayət əməllərinin yerinə yetirilməsi halın..

×