main-post-cover

    Edward Snowden istifadəçiləri məşhur ExpressVPN servisindən istifadə etməməyə çağırıb

    Təhlükəsizlik
    21.09.2021
    Farid Pardashunas
        ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden məşhur ExpressVPN servisinin istifadəçilərinə xəbərdarlıq edib. Belə ki, o, bu servisdən istifadədən imtina etməyi məsləhət görüb. Bunun üçün ciddi səbəblər var. Snowden-in bu servis barəsində hansısa ciddi məlumatlara sahib olub-olmadığı məlum deyil. O sadəcə olaraq öz Twitter hesabında bu cür yazını paylaşıb: “Əgər siz, ExpressVPN servisindən istifadə edirsinizsə, tez zamanda bu servisdən itmina etməlisiniz”. Snowden-in bu tweet-nə xüsusi paylaşım bərkidilib. Həmin paylaşımda qeyd edilib ki, ExpressVPN servisinin informasiya xidmətinin rəhbəri olan Daniel Gericke vaxtı ikən Project Raven adlı layihədə iştirak edib.
        Bu layihə çərçivəsində isə Birləşmiş Ərəb Əmirliklərinin xüsusi dövlət orqanları üçün casusluq əsaslı proqram təminatları yaradılıb. Daniel Gericke ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən müxtəlif casusluq əməliyyatlarında günahlandırılan və məsuliyyətə cəlb edilmiş 3 keçmiş əməkdaşdan biridir. Həmin şəxslər bir vaxtlar ABŞ-ın müxtəlif kəşfiyyat xidmətlərində çalışıblar. Nəticədə bu 3 şəxs istintaqa yardım etməyə razı olublar və ümumilikdə 1 milyon dollardan bir qədər çox cərimə ödəyiblər. Güman olunur ki, 3 nəfərdən ibarət bu komanda Birləşmiş Ərəb Əmirlikləri üçün hacker qismində çalışıb.
        Onlar istifadəçilərin (Birləşmiş Ərəb Əmirlikləri rejiminin sərt tənqidçiləri) xəbərləri olmadan onların cihazlarından lazımi məlumatları yığmağa imkan verən proqram təminatlarının yaradılmasında yardımçı olublar. Daniel Gericke 2019-cu ildə ExpressVPN servisinə işə başlamışdı. Lakin şirkət onun keçmişindən xəbərdar idi. Buna baxmayaraq şirkət öz əməkdaşını qorumaq qərarına gəlib və bildirib ki, Gericke-nin işi terrorçuluq ilə mübarizəni əhatə edirdi və ExpressVPN servisi Project Raven layihəsində ümumiyyətlə iştirak etməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər