
Elon Musk, Barack Obama kimi şəxslərin Twitter hesablarını hack etmiş 24 yaşlı gənc barəsində məhkəmə qərarı verilib
Təhlükəsizlik
25.06.2023
Emil
Bir neçə gün bundan öncə Nyu-York məhkəməsi internetdə PlugWalkJoe ləqəbi ilə tanınan 24 yaşlı Joseph James O’Connor-un günahlı olduğuna qərar verdi. Qeyd etmək lazımdır ki, Joseph James O’Connor Twitter tarixində ən böyük kiberhücumlardan birini reallaşdırmış şəxs kimi tanınır. Kiberhücum 2020-ci ildə reallaşdırılıb. Joseph bir neçə hacker dostu ilə birlikdə Twitter əməkdaşlarını aldadaraq onların şirkət sisteminə daxil olmaları üçün nəzərdə tutulmuş məlumatlarını əldə etmişdi.
Sistemə daxil olandan sonra hackerlər sosial şəbəkənin saytının idarəetmə panelinə daxil ola bilmişdilər. Nəticədə onlar məşhur şəxslərə və şirkətlərə məxsus olan 130 ədəd istifadəçi hesabını hack etmişdilər. Onların arasında Elon Musk, Joe Biden, Barack Obama kimi şəxslərin və Apple, Uber kimi şirkətlərin hesabları var idi. Hesabların hack edilməsi bitcoin ilə bağlı böyük dələduzluq kampaniyasının bir hissəsi idi.
Hackerlər məşhur şəxslərin oğurlanmış hesabları vasitəsilə abunəçilərdən bitcoin vəsaitlərinin göndərilməsini təklif edirdilər. Bunun qarşılığında isə abunəçilər göndərilmiş vəsaiti guya iki dəfə artıqlaması ilə geri əldə edəcəkdilər. Bu kiberhücum çərçivəsində şübhəli tweet-ləri 350 milyona yaxın Twitter istifadəçisi görmüş oldu. Onların arasında minlərlə istifadəçi isə bu dələduzluq sxemindən zərər çəkdi. Baş tutmuş məhkəmə prosesi nəticəsində Joseph James O’Connor 5 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş
Bənzər xəbərlər