Logo
    main-post-cover

    ETX “Azərpoçt” adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib

        Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara qarşı yönəlmiş növbəti fişinq (smishing) kampaniyasını aşkarlayıb. Aparılan monitorinqlər nəticəsində kiberdələduzların “Azərpoçt” MMC-nin adından sui-istifadə etdiyi müəyyən olunub.
        Technote.az xəbər verir ki, dələduzlar vətəndaşlara göndərdikləri SMS mesajlarla onları saxta veb-səhifəyə yönləndirirlər. Məqsəd istifadəçilərin fərdi və maliyyə məlumatlarını ələ keçirməkdir.
        Məlumata görə, vətəndaşlar SMS vasitəsilə http://azerpost.389159.com.az ünvanına yönləndirilirlər. ETX bu keçidin rəsmi mənbəyə aid olmadığını bildirib.
        Qurum vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən SMS-lərdəki keçidlərə daxil olmamağı tövsiyə edir. Həmçinin bank kartı və digər şəxsi məlumatların şübhəli linklər vasitəsilə paylaşılmaması tövsiyə olunub.
        ETX göndərilən bildirişlərin doğruluğunu rəsmi mənbələr vasitəsilə yoxlamağa çağırıb. Bunun üçün vətəndaşlara “Azərpoçt”un “169” Çağrı Mərkəzi və ETX-nin “1654” qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə edilir.
    Paylaş