Facebook-un gizli şəkildə istifadəçilərin hərəkətlərini izlədiyi məlum olub (VİDEO)

Facebook-un gizli şəkildə istifadəçilərin hərəkətlərini izlədiyi məlum olub (VİDEO)

Kibertəhlükəsizlik
25.10.2021 PAYLAŞIM

    Facebook-un istifadəçi məlumatlarını yığması faktı artıq heç kimi təəccübləndirmir. Lakin kibertəhlükəsizlik üzrə mütəxəssislər sosial şəbəkə ilə bağlı yeni maraqlı faktı aşkar ediblər. Belə ki, məlum olub ki, Facebook tətbiqi istifadəçinin hərəkətlərini izləyir və bunu heç bir üsul ilə deaktiv etmək mümkün deyil. Kibertəhlükəsizlik üzrə mütəxəssislər aşkar ediblər ki, Facebook tətbiqi mütəmadi şəkildə smartfonun akselerometr məlumatlarını yığır. Onlar bildiriblər ki, tətbiqə hətta geolokasiya məlumatlarının yığılması qadağan edilsə də o, istifadəçinin yerləşdiyi yeri təyin edə biləcək. Bunun üçün tətbiq digər istifadəçilərin cihazlarındakı akselerometr davranışlarını müqayisə edərək vibrasiyalardakı oxşarlığı təyin edəcək.


    “Əgər siz avtobusda səyahət edirsinizsə və digər sərnişin Facebook-a öz yerləşdiyi yer barəsində məlumatı ötürürsə, Facebook rahatlıqla sizin həmin sərnişin ilə eyni yerdə yerləşdiyinizi təyin edəcək. Belə ki, cihazlardakı akselerometr vibrasiyaları oxşar olacaqlar” - deyə mütəxəssislər qeyd ediblər. Mütəxəssislər həmçinin bildiriblər ki, Facebook-dan başqa Instagram Whatsapp da akselerometr məlumatlarını yığırlar. Lakin sadəcə Whatsapp-da bu imkanı deaktiv etmək mümkündür.

    Digər tətbiqlər isə istifadəçinin də xəbəri olmadan onun yerləşdiyi yeri təyin edə bilirlər. Bundan əlavə olaraq tətbiqlər mobil cihazların böyük olmayan vibrasiyalarına əsaslanaraq istifadəçinin nəbzini də ölçə bilərlər. Müqayisə üçün mütəxəssislər TikTok, WeChat, iMessage, Telegram Signal kimi tətbiqləri də analiz ediblər. Məlum olub ki, onlardan heç biri akselerometr məlumatlarını yığmır. Qeyd etmək lazımdır ki, eyni problem həm Android-də həm də iOS-də müşahidə edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.

×