Facebook və Instagram, məlumatlarınızı icazəsiz istifadə etdikləri üçün böyük cərimələrlə üzləşə bilərlər!
Təhlükəsizlik
03.07.2024
Farid Pardashunas
Sosial media nəhəngi Meta-nın ən populyar platformaları olan Facebook və Instagram, fərdiləşdirilmiş reklam modellərinə görə, böyük bir cəza ilə üzləşmək üzrədirlər.
Avropa Məlumatların Mühafizəsi Şurası (EDPB), Meta-nın Instagram və Facebook üçün istifadə etdiyi fərdiləşdirilmiş reklamların və istifadəçi məlumatlarının işlənməsi üsulunun qanunsuz olduğuna qərar verib. Bu qərar, şirkətin Avropadakı fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və milyardlarla avro məbləğində cərimələrlə nəticələnə biləcək inkişaf kimi qiymətləndirilir.
Meta tərəfindən istifadə edilən bu reklam modeli, istifadəçilərin proqramdan istifadə edərkən nə etdiklərini izləyərək və onların şəxsi məlumatlarını təhlil edərək fərdiləşdirilmiş reklam təmin etmək məqsədi daşıyır. Bu üsul, Meta-nın ən böyük gəlir mənbələrindən biri olsa da, istifadəçilərin məxfiliklə bağlı narahatlıqlarına da səbəb olur. EDPB tərəfindən verilən bu qərar, istifadəçilərin icazəsini almadan Meta-nın şəxsi məlumatlardan reklam məqsədləri üçün istifadəsinə görə, Avropa İttifaqının (Aİ) Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) pozulması kimi qiymətləndirilir. Bu halda şirkətin Avropadakı biznes modeli tamamilə dəyişəcək.
Facebook və Instagram-ın üzləşdiyi bu potensial cəzalar, rəqəmsal reklam sənayesində dönüş nöqtəsi ola bilər. Görünən odur ki, istifadəçi məlumatlarının qorunması və etik istifadəsi ilə bağlı müzakirələr gələcək dövrdə texnologiya sənayesinin gündəmini müəyyənləşdirməyə davam edəcək. Meta-dan verilən xəbərə görə, şirkət, qərara etiraz etmək hüquqlarını saxladıqlarını bildirib. Lakin hələlik şirkət, bu qərara etiraz etməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər
Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər
Google, Adobe və Meta kimi böyük texnoloji şirkətlər öz konfidensiallıq siyasətlərinə dəyişikliklər əlavə edirlər. Həmin dəyişikliklər onlara süni zəka modellərinin təlimatlandırılmalarında istifadəçilərin məlumatlarından istifadə etmək imkanını verirlər.
Instagram-da süni zəka avatarlarının testinə start verilib
Instagram-da süni zəka avatarlarının testinə start verilib
Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət Instagram-da süni zəka avatarlarının testlərinə start verib.
Apple şirkəti, qaydaları pozduğuna görə, yenidən Avropada mühakimə olunur!
Apple şirkəti, qaydaları pozduğuna görə, yenidən Avropada mühakimə olunur!
Avropa Birliyinin tənzimləyiciləri, Apple-ın App Store müştərilərinin alternativlərə yönləndirilməsinə icazə verməməklə AB-nin Rəqəmsal Bazarlar Aktı (DMA) qaydalarını pozduğunu bildiriblər.
Instagram yeni canlı yayım funksiyasını işə salıb!
Instagram yeni canlı yayım funksiyasını işə salıb!
Instagram canlı yayım xüsusiyyətinə faydalı olacaq bir yenilik daha əlavə edir. Artıq istifadəçilər, tam izləyici siyahısı əvəzinə seçilmiş insanlarla canlı yayım edə biləcəklər.
Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Çinli elektrik avtomobil istehsalçıları, hökuməti Avropadan qisas almağa çağırır!
Bildirilir ki, Avropada əlavə vergilərə məruz qalan Çin istehsalçıları Pekində bağlı qapılar arxasında keçirilən toplantıda Avropadan idxal edilən daxili yanma mühərrikli avtomobillərə əlavə vergi tələb ediblər.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib