FBI, Trump-a sui-qəsd hazırlayan cinayətkarın telefon şifrəsini sındıra bilməyib!
Təhlükəsizlik
16.07.2024
Farid Pardashunas
Ötən həftə Donald Trump-a qarşı sui-qəsd cəhdini həyata keçirmək istəyən şəxs, FBI tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Lakin FBI, şəxsin telefon şifrəsini sındıra bilməyib.
Bu hadisə, sui-qəsd cəhdi kimi araşdırılır və işin içinə texnologiya da qarışdıqda hər şey daha da maraqlı olur. Belə ki, FBI, saxlanılan cinayətkarın telefonunu araşdırıb, lakin parolunu sındıra bilməyiblər və işin elə çətin tərəfi də budur. Pennsylvania-dakı agentlər, nə etsələr də telefonu aça bilməyiblər və ona görə də həll yolu olaraq telefonu Virginia ştatının Quantico şəhərindəki FBI laboratoriyasına göndəriblər. İndi hər kəs FBI-ın bu telefonun şifrəsini necə sındıracağını maraqla gözləyir. Hücum edən şəxs, 20 yaşlı Thomas Matthew Crooks-dur. Pennsylvania ştatının Bethel Park şəhərindən olan Crooks-un motivasiyasını anlamaq üçün araşdırmalar davam edir. FBI-ın Pittsburgh-dakı xüsusi agenti Kevin Rojek, onun bəzi mesajlarına giriş əldə etdiklərini, lakin bu mesajların çox da maarifləndirici olmadığını söyləyib.
Bəs, Crooks, hansı marka telefonu istifadə edir? Bu sual isə hələlik cavabsız qalır. FBI, The Verge-nin şərh tələbinə dərhal cavab verməyib. Bildiyiniz kimi, hüquq-mühafizə orqanları ya şübhəli şəxsin iCloud ehtiyat nüsxələrinə giriş əldə etməklə, ya da üçüncü tərəf telefon "cracking" texnologiyalarından istifadə etməklə şübhəli şəxslərin telefonlarını sındırmaqda çox vaxt uğurlu olurlar. Amma bu hadisə bizə 2015-ci ildə Apple ilə FBI arasındakı böyük qarşıdurmanı xatırladır. O zamanlar Apple, San Bernardino-da bir cinayətkarın iPhone-nun şifrəsini açmaq tələbini, bütün iPhone-ların təhlükəsizliyini pozacağını əsas gətirərək rədd etmişdı. FBI isə nəhayət Avstraliyalı bir təhlükəsizlik şirkətinin köməyi ilə telefonu sındıra bilmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
Bir istifadəçinin Karib dənizində suya dalarkən itən “Apple Watch” smart saatı, nağıllarda olduğu kimi sanki ayaq açaraq sahibinə geri qayıtmağı bacarıb.
Trump-ın sui-qəsddən xilas olması, Bitcoin-nin dəyərinin artmasına səbəb olub!
Trump-ın sui-qəsddən xilas olması, Bitcoin-nin dəyərinin artmasına səbəb olub!
Prezidentliyə namizəd Trump-a qarşı sui-qəsd cəhdi ürəkaçan olmasa da, kriptovalyuta bazarının seçkilərdə hansı tərəfdə olacağı bəlli olub.
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS platformasında yeni bir yeniliyə imza ataraq ilk rəsmi PC emulyatoru olan UTM SE-ni təsdiqləyib. Bu inkişaf, iPhone istifadəçilərinə öz cihazlarında köhnə proqram təminatı və oyunları işə salmağa imkan verəcək.
Tim Cook, Apple Vision Pro ilə nələr etdiyini açıqlayıb!
Tim Cook, Apple Vision Pro ilə nələr etdiyini açıqlayıb!
Apple CEO-su Tim Cook, başlığı yeni bazarlarda tanıtmaq üçün hər gün Vision Pro-dan istifadə etdiyini və bunun onun gündəlik həyatının bir hissəsi olduğunu söyləyib.
Apple Vision Pro-nun satışları sürətlə aşağı düşür
Apple Vision Pro-nun satışları sürətlə aşağı düşür
Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazının rəsmi satışlarına fevral ayının əvvəlində start verilmişdi.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!