Google Chrome-da süni intellektli scam qorumasını söndürmək mümkün oldu
Təhlükəsizlik
19.01.2026
Sevinc
Technote.az “TechRadar” platformasına istinadən bildirir ki, Google Chrome brauzerinin eksperimental Canary versiyasında maraqlı bir yenilik təqdim edib. Artıq istifadəçilər fırıldaqçılığın (scam) aşkarlanması üçün istifadə olunan cihazdaxili süni intellekt modelini söndürə bilərlər.
Sözügedən AI modeli ilk dəfə ötən il Chrome-un scam qoruma mexanizminə əlavə olunmuşdu və Google bunu “real vaxtda daha güclü qoruma” kimi təqdim etmişdi. Şirkət indi rəsmi şəkildə təsdiqləyib ki, bu süni intellekt modeli birbaşa istifadəçinin cihazında, yəni lokal olaraq işləyirmiş və məlumatlar buluda göndərilmirmiş. Chrome-un scam detection aləti potensial təhlükəli hesab etdiyi saytları, brauzer əlavələrini və yükləmələri analiz edərək onların fırıldaqçılıqla əlaqəli olub-olmadığını yoxlayır. Süni intellektin də bu prosesdə davranış və "pattern recognition" əsasında əlavə analiz apardığı ehtimal olunur, lakin AI dəstəyinin konkret olaraq nə dərəcədə üstünlük yaratdığı açıq şəkildə izah edilməyib.
Hazırda bir çox proqram təminatında AI funksiyaları istifadəçiyə seçim haqqı verilmədən aktiv edilir. Bu baxımdan Google-un istifadəçilərə AI əsaslı qorumanı söndürmək imkanı yaratması nadir və müsbət bir addım kimi qiymətləndirilir.
Paylaş