Google istifadəçinin istəyinə əsasən onun konfidensial məlumatlarını öz axtarış sistemindən siləcək

Google istifadəçinin istəyinə əsasən onun konfidensial məlumatlarını öz axtarış sistemindən siləcək

Kibertəhlükəsizlik
29.04.2022 PAYLAŞIM

    Google şirkəti öz axtarış sisteminin konfidensiallıq siyasətində dəyişikliklər etdiyini elan edib. Reallaşdırılmış dəyişikliklərin hesabına istifadəçilər Google axtarış sistemindən özləri barədə daha çoxlu sayda məlumatları silə biləcəklər. Bundan sonra istifadəçilər Google-a müraciət edərək öz yaşayış yerlərini ortaya çıxaran və ya hansısa istifadəçi hesablarına yönləndirən məlumatların olduqları veb səhifələrin silinməsini tələb edə bilərlər. Şirkətin bəyanatında qeyd edilib ki, Google istifadəçilərə konfidensiallıq məsələsində daha çox imkanlar vermək istəyir. Belə ki, internetin daimi inkişafı fonunda axtarış sorğuları əsasında bu və ya digər şəxsin ünvanının və ya telefon nömrəsinin təqdim edilməsi ciddi təhlükəyə səbəb ola bilər.

    Məlumata əsasən istifadəçilər Google-a müraciət edərək özləri barəsində müxtəlif məlumatların veb səhifələrdən silinməsini tələb edə bilərlər. Bu cür məlumatların arasında həmçinin sosial sığorta nömrələri, bank kartı nömrələri, əlyazma imzalarının əks olunduqları təsvirlər, şəxsiyyəti təsdiq edən sənədlərin təsvirləri, özəl tibbi məlumatlar və özəl kontakt məlumatları (ünvan, telefon nömrəsi, elektron poçt) daxildir. Google həmçinin intim, pornoqrafik xarakterli təsvirlərin və o cümlədən zorakılığın əks olunduğu səhnələrin silinməsinə də söz verib.


    Axtarış sorğuları əsasında ortaya çıxan fərdi məlumatları silmək istəyən istifadəçi Google-a xüsusi URL ünvanları təqdim etməlidir. Söhbət, istifadəçinin konfidensial məlumatlarına yönləndirən URL ünvanlardan gedir. Bundan əlavə olaraq istifadəçi müvafiq linklərin ortaya çıxdığı axtarış səhifələrini də təqdim etməlidir. Bununla belə Google bildirib ki, sözügedən məlumatların Google axtarış sistemindən silinməsi həmin məlumatların əlçatan olmayacaqları demək deyil. Buna görə də konfidensial məlumatları digər üsullar vasitəsilə yenə də əldə etmək mümkün olacaq. Buna misal olaraq digər axtarış sistemlərindən istifadəni gətirmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub..

DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şi..


Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanı..

Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamç..


iOS-dəki ciddi sistem boşluğu iPhone-nun sönmüş vəziyyətdə olduğu halda da probl..

Almaniyada yerləşən Darmştadt Texniki Universitetinin tədqiqatçıları iOS-də ciddi sistem boşluğu aşk..


Avropa Birliyinin yeni qaydaları messencerlərdən mesajların skan olunmasını tələ..

Avropa Komissiyasının təklif etməyə hazırlaşdığı yeni qaydalara əsasən Whatsapp və Facebook Messenge..


KİBERTƏHLÜKƏSİZLİK: Niyə təşkilatlar özləri üçün ən böyük təhlükədirlər?..

Ransomware hücumlarının 2020-ci ildə 123 milyon dollar ziyan vurduğu təxmin edilir


Müxtəlif VPN servislərin ümumilikdə 21 milyon istifadəçisinin konfidensial məlum..

Aşkar edilmiş məlumatlar bazasında 3 məşhur pulsuz VPN servisinin istifadəçilərinin məlumatları var...

×